Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-dan Şəki Xan Sarayı ilə bağlı açıqlama

"Bu, Azərbaycanı dünyada daha da tanıdacaq"

“UNESKO-nun Dünya İrs Siyahısı beynəlxalq irsin siyahısıdır. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğun və Şəki Xan Sarayının UNESKO-nun Dünya İrs Siyahısına salınması Azərbaycanı dünyada daha da tanıdacaq”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva deyib.

Onun sözlərinə görə, siyaahıya daxil olan abidələr təkcə aid olduqları ölkənin deyil, həm də bütövlükdə dünyanın irsi sayılır: “Ona görə də bura daxil olan abidələr dünya tərəfindən qorunmalıdır. Azərbaycan üçün bunun müsbət tərəfi odur ki, ölkəmizdəki abidə dünya tərəfindən qorunacaq. Hazırda Şəki Xan sarayı və Şəkinin tarixi mərkəzi ilə yanaşı “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” və “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” da Dünya İrs Siyahısında yer alır. Əvvəllər Azıx mağarası da bu siyahıya salınmışdı, amma sonradan mağara bu siyahıdan çıxarılıb. Çünki ermənilər də bu Azıx mağarasına sahiblik iddiasıənı irəli sürürlər. Ona görə də bu abidənin taleyi sual altında qalıb. Şəkinin qədim hissəsinin, Yuxarı Baş Qoruğunun və Şəki Xan Sarayının siyahıya alınması UNESKO-nun nəzarəti altında qorunacaq. Bununla yanaşı ölkəmiz, abidələrimiz və millətimiz dünyada tanınacaq. Bununla da bizim tariximiz bütün dünyada yayılacaq”.

R.Əliyeva qeyd edib ki, Şəki Xan Sarayında fundamental restavrasiya işlərinin aparılmasına ehtiyyac yoxdur. Amma buna baxmayaraq, abidələrdə bir neçə ildən bir təmir-bərpa işləri həyata keçirilməlidir və biz bu işləri həyata keçiririk.

O bildirib ki, tarixi abidələrdə xarici amillərin təsiri nəticəsində təmir işlərinə ehtiyac yaranır: “Abidələr üzərində xarici amillərin təsirləri qaçılmazdır. Ona görə də abidələr daim nəzarət altında olmalıdır. Yəni abidəyə zərər dəyməsini gözləməməliyik”.

Şöbə müdiri vurğulayıb ki, müraciət olunduğu təqdirdə AMEA tərəfindən Şəki Xan Sarayına baxış keçirəcək: “Sarayda UNESKO-nun təşəbbüsü ilə bərpa işlər aparıla bilər. Mütəxəssislər Şəki xan Sarayına baxış keçirdikdən sonra orada təmir-bərpa işlərinin hansı səviyyədə ehtiyyac olacağını müəyyənləşdirəcəklər. Əgər ehtiyyac olarsa, bu işlər mütləq həyata keçiriləcək. Əgər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutuna müraciət olunarsa, bizim əməkdaşlarımız Şəki Xan Sarayına baxış keçirəcək”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar