Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DYP-nin sehirli 403-cü otağı... 

"Padşah" taxtından salınacaq...

Keçən günlərdə məlumat yayıldı ki, yeni Daxili İşlər Naziri Vilayət Eyvazov ciddi dəyişikliklərə tədarük görür ki, bu əsnada da DYP sisteminə xüsusi əl gəzdiriləcəyi vurğulanır.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, qeyd olunan islahatlar zamanı ilk "vurulanlardan" biri də Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Vahid Nuriyev olacaq.

Bildirək ki, bütün sürücülərin qorxulu yuxusu, ölkə qanunlarının demək olar ki, keçərsiz olduğu Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) və onun rəhbəri Vahid Nuriyev hamını radara salmağı bacarsa da, nədənsə özü qanunun "radarına” düşmürdü ki, düşmürdü... İndi isə danışan mənbələr Vahid Nuriyevin görəvindən alınması ilə yanaşı, onun cəzalandırılacağını da iddia edirlər. Burada söhbət yeyinti faktından gedir.

Məlumatlı mənbə dia.az-a bildirir ki, Vahid Nuriyev büdcə ödənişlərində və cərimələrin toplanmasında konkret maxinasiyalara yol verib ki, xidmət rəisinin bu əməllərinə mütləq şəkildə hüquqi qiymət verilməlidir.

Mənbənin söylədikləri: "Baş Dövlət Yol Polis İdarəsinin 403-cü otağı sirli bir məkana çevrilib. Burada oturan Vahid Nuriyevə istənilən təbəqənin, hətta iri məmurların belə işi düşdüyündən Vahid Nuriyev özünü əməlli-başlı padşah kimi hiss etməkdədir. İndi isə padşahın taxtından salınmasının vaxtı yetişib..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

pia.az


Etiket: DYP 403-cü otaq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar