Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mədət Quliyev həmişə elə yerə göndərilib ki, ora bərbad vəziyyətdə olub”

“Müdafiə Sənayesi Nazirliyinə yeni rəhbər təyin edildi və bu çox ciddi əlamətdir. Nəzərə alın ki, Müdafiə Sənayesi Nazirliyinin ölkənin yalnız hərbi sahəsinə deyil, başqa sahələrə də təsir gücü var”

PİA.AZ xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Moderator.az-a müsahibəsində bildirib.

O, qeyd edib ki, bu ilk növbədə hərbi istehsal sahəsidir, ordunun yeni silahlarla təminatçısıdır, ikincisi emi-tədqiqat mərkəzidir, burda elmi araşdırmalar aparılır, sınaqlar keçirilir. Bu nazirlik ölkə iqtisadiyyatında vacib rol oynayan bir sahədir, yəni silah ticarəti mərkəzidir.

“Sabah həm satacaq, həm də yeni silahlar, avadanlıqlar alacaq, yəni ölkənin beynəlxalq ticarət şəbəkəsinin vacib strukturu rolunu oynayır. Baxın, təhlükəsizlik sektorunun neçə vacib sahəsini bu nazirlik özündə birləşdirir, həm də fəaliyyəti genişləndikcə, bu yeni iş yerləri deməkdir”.

İ. İsmayıl Mədət Quliyevin nazir təyin edilməsini çox uğurlu hesab edir: “Açığını deyək ki, bu nazirliyin adı son vaxtlar heç də yaxşı mənada hallanmırdı. Obyektlərində bir-birinin ardınca qəzalar, partlayışlar baş verirdi, bəzən korrupsiyada adı hallanırdı və ümumiyyətlə, rəhbərliyin kompetensiyası çoxlu suallar yaradırdı. Bəlkə də ona görə nazirliyin başqa bir strukturla əvəz edilməsi qərarı verilmişdi.

General Mədət Quliyevin keçdiyi xidməti yola baxanda diqqəti daha çox nə cəlb edir. Mədət Quliyevin karyera pilləsinə baxanda aydın görünür ki, bu şəxs o yerlərə göndərilib ki, həmin strukturlar bərbad vəziyyətdə olub. Yəni bir növ vacib dövlət idarələri pis günə düşəndə o kadr olaraq təcili yardım, reanimator olub.

Son iyirmi ildə Mədət Quliyev o strukturlara rəhbər göndərilib ki, orda qayda-qanun yaratmaq zərurət olub. DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi, Narkotiklərlə mübarizə idarəsi, İnterpol, Baş Mühafizə idarəsi, Penitensiar xidmət, nəhayət dağıdılmış MTN. Bu, sadəcə karyera deyil, diqqət etsəniz görərsiniz ki, yarıtmaz idarəçiliyin vurduğu zərbələrin aradan qaldırılması üçün həmişə bu kadra ehtiyac hiss olunub.

MTN kimi iflic edilmiş bir vacib strukturu yenidən həm fiziki, həm mənəvi cəhətdən ayaq üstə qoymaq olduqca çətin vəzifə idi və mən DTX-nın əldə etdiyi uğurlardan az-çox xəbərdar şəxs kimi deyərdim ki, qısa müddətdə buna nail omaq heç də asan məsələ deyildi. Ona görə hesab edirəm ki, təhlükəsizlik sektorunun vacib strukturu olan Müdafiə Sənayesi Nazirliyini ayaq üstə qoymaq üçün DİN general-mayoru, Ədliyyə general leytenantı, nəhayət DTX general-polkovniki rütbələrini almış şəxsə ehtiyac böyük olub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar