"Monako"nun hücumçusu Radamel Falkao "Qalatasaray"a keçə bilər
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, İstanbul klubu kolumbiyalı futbolçunun keçidi ilə bağlı danışıqlara başlayıb.
Qeyd edək ki, 33 yaşlı forvard ötən mövsüm "Monako"nun heyətində 39 oyuna 16 qol vurub.
pia.az