Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərindən qaçmış şahzadə Həya kimdir? - Foto

Dubay əmiri, şeyx Məhəmməd əl-Məktumun arvadı şahzadə Həya Bint əl-Hüseyn ərini tərk edib - BƏƏ kral ailəsinin yüksəksəviyyəli üzvü üçün bu addım olduqca qeyri-adi bir hərəkətdir

Şahzadə deyilənə görə, hazırda Londonun mərkəzində yerləşən bir evdə gizlənir.

Milli.Az xəbər verir ki, mənbələrin BBC-yə bldirdiyinə görə, o, əriylə bağlı məhkəməyə hazırlaşır və həyatı üçün qorxu hissi keçirir.

Gənclik illəri

Şahzadə Həya 1974 ilin may ayında doğulub. O, İordaniya kralı Hüseynin və kraliça Aliyə əl-Hüseyinin qızıdır.

Onun üç yaşı olanda anası ölkənin cənubunda baş vermiş vertolyot qəzasında həlak olub.

İordaniyanın hazırkı rəhbəri kral Abdullah II onun atabir qardaşıdır.

Şahzadə uşaqlıqda xeyli vaxtını Britaniyada keçirib.

O, iki özəl məktəbdə təhsil alıb - Bristolda Badminton məktəbində və Dorsetdə Brayanston məktəbində.

Sonra isə Oksford Universitetində Siyasət, Fəlsəfə və İqtisadiyyatı öyrənib.

Əvvəlki müsahibələrində bldirdiyinə görə, onun qırğı ilə ova çıxmağa, atıcılığa, ağır texnikaya həvəsi var və İordaniyada yük maşınlarını sürməyə lisenziyası olan yeganə qadındır.

O, gənc yaşlarından atçılıqla məşğul olub, idmana maraq göstərib, 20 yaşlarında peşəkar atçılıq idmanı ustası olub.

2000-ci ilin Sidneydə keçirilən Olimpiya Oyunlarında şahzadə Həya İordaniyanı təmsil edib və ölkəsinin Olimpiya nümayəndə heyətinin bayraqdarı olub.

Şahzadə Həyanın 1993-cü ildə çəkilmiş bu şəkildə 19 yaşı var, o vaxtdan bəri şahzadə peşəkar atçılıq ustasıdır

"Bəxtim gətirib ki, ona yaxınam"

2004-cü il aprelin 10-da 30 yaşlı şahzadə Həya BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay əmiri şeyx Məhəmmədə ərə gedir.

Həmin zaman onun 53 yaşı olub və şahzadə Həya onun altıncı və "kiçik" arvadı olub.

Xəbərlərə görə, onun müxtəlif arvadlardan 23 övladı var.

Dubay əmiri də atçılıq həvəskarıdır.

Onların toy mərasimi Əmmanda keçirilib.

Şahzadə Həya ötən illərdə şeyx Məhəmmədlə ailələlik münasibətlərindən böyük razılıqla danışıb, mükkəməl ailə həyatı sürdüyünü təsvir edib.

2016-cı ildə "Emirates Woman" jurnalına şahzadə Həya bunları deyib: "Hər gün onun gördüyü işlərdən heyrətə gəlirəm. Ona yaxın ola bildiyimə görə hər gün tanrıya şükür edirəm".

Lakin keçən il şeyx Məhəmmədin qızı şahzadə Lətifənin ölkədən qaçmaq cəhdi şeyxin ailəsində problemlərdən xəbər vermiş oldu.

Dünya boyu yayılmış videoda 33 yaşlı şahzadə ailəsindən danışarkən bildirib ki, onların həyatda "seçim azadlığı yoxdur" və o özü isə pis rəftara məruz qalıb.

Məlumatlara görə, şahzadə Lətifə BƏƏ-dən fransız gəmisində qaçıb, lakin Hindistan sahillləri yaxınlığında silahlı adamlar tərəfindən tutularaq Dubaya qaytarılıb.

Dekabr ayında şahzadə Lətifənin İrlandiya prezidenti Meri Robinsonla əmirlikdəki evində çəkdirdiyi birgə şəkilləri dərc olunmuşdu.

Şahzadə Həya və şeyx Məhəmməd Epsom Derby atçılıq yarışında - 2016

Dubay rəsmiləri təkid etmişdilər ki, şahzadə Lətifə "təsir altına düşəndir" və "Dubayda təhlükəsiz şəraitdə yaşayır".

O zaman şahzadə Həya həmin məsələnin "gerçəklikdən bu dərəcədə uzağa getdiyinin təsəvvür edilməsinin" çətin olduğunu bildirərək, verilmiş bəyanatları dəstəkləmişdi.

Lakin həmin hadisənin üstündən cəmi altı ay sonra şahzadə Həyaya yaxın olan mənbələr BBC-yə bildiriblər ki, şahzadə Lətifənin qaçmaq cəhdi və onun ərinin ailə üzvləri tərərfindən artan təziyiqlərə məruz qalmasına dair narahatedici faktlar aşkar edilib.

Məlumatlara görə, şahzadə Həya artıq özünü təhlükəsiz hiss etmədiyindən ölkəsindən əvvəlcə Almaniyaya, oradan isə Britaniyaya qaçıb.

Onun əri evlilik məsələləri barədə məlumatlara rəsmi reaksiya göstərməyib, lakin iyunun 10-da "Instagram"da kimliyi bildirilməyən qadını "xəyanətdə və yalançılıqda" ittiham edib.

Deyildiyinə görə, şahzadə Həya Londonun Kensinqton Palas Qardens rayonunda $107 milyonluq evdə qalır və hazırda Briytaniyanın Ali Məhkəməsində keçiriləcəyi gözlənilən məkəmə prosesinə hazırllıqla məşğuldur.

pia.az


Etiket: Şahzadə Həya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar