Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir  

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirir

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev ötən 7 günün gərgin müzakirələrlə, qarşılıqlı görüşlərlə və yeni nominasiyaların təqdimatı ilə yadda qaldığını bildirib.

Nazir qeyd edib ki, musiqi ictimaiyyəti çox ağır xəbər alıb. Belə ki, bossa-nova musiqi üslubunun banilərindən biri olan Juan Jilbertu 88 yaşında dünyasını dəyişib. 1931-ci ildə Braziliyada anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Juan Jilbertu dünya musiqisinə böyük töhfələr verib.

Sessiya iştirakçıları Juan Jilbertunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Günün ilk müzakirəyə çıxarılan nominasiyası Portuqaliyanın Mafra saray ansamblı ilə bağlı olub. Bu barədə ICOMOS-un hesabatı dinlənilib. Bildirilib ki, 1717-ci ildə inşasına başlanılan bu abidənin tikintisi 1735-ci ildə başa çatıb. Burada Kralın iqamətgahı, kilsə yerləşib. Roma barokko üslubunda inşa olunan bu bina dünya tarixi memarlığının bənzərsiz nümunələrindədir.

Müzakirələrdən sonra fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.(Report)

pia.az


Etiket: UNESKO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar