Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniyada böyük quldarlıq şəbəkəsi ifşa edilib

Böyük Britaniya məhkəməsi Polşa vətəndaşları sayılan beş kişi və üç qadına müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzası kəsib

Bu barədə Böyük Britaniya prokurorluğunun rəsmi məlumatında göstərilir.

Rəsmi sənədlərdə bildirildiyinə görə, həmin şəxslər Polşadan öz həmvətənlərini pulsuz mənzil və yaxşı maaş vədi ilə aldadıblar. Gətirilənlərin çoxu evsiz və asılılığı olan insanlar olub. Lakin onların hamısı dar evə həbs edilib, həftədə 10 funta ağır işlər görürmüşlər.

“Bu, Böyük Britaniyada, bəlkə də Avropada köləliklə bağlı ən böyük məhkəmə prosesidir. Əməliyyatın miqyası olduqca heyrətamizdir. Cinayətkar qrup qul əməyi və şəxslərin sistematik istismar edilərək işlədilməsi sayəsində milyonlarla funt sterlinq qazanıblar,” - deyə prokurorluğun nümayəndəsi Mark Pol mətbuata bildirib.

Araşdırma 88 zərərçəkənin ifadəsi əsasında aparılsa da, təhqiqat sonunda 300-dən çox bu fırıldaqdan əziyyət çəkən şəxs müəyyən edilib.

Cinayətkar qrupun üzvləri öz qurbanlarını sosial yardım haqqında ərizə yazmağa məcbur edərək, sonradan alınan pulları özlərinə götürürmüşlər. Bunun nəticəsində onlar maaşlar və güzəştlərdən 2,46 milyon funt sterlinq pula yiyələniblər.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar