Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jaipur şəhəri Dünya İrs Siyahısına salındı

İyulun 6-da Dünya İrs Komitəsi sessiyasının plenar iclasında baxılan növbəti nominasiya Hindistanın Rajastan ştatındakı Jaipur şəhəri ilə bağlı olub

ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) nümayəndəsi Dünya İrs Siyahısına təqdim edilən nominasiya ilə bağlı məlumat verdi. Bildirildi ki, XVIII əsrin əvvəllərində əsası qoyulan şəhərin özünəməxsus memarlıq üslubu var. Hind, Moğol memarlığı və müasirliyi özündə birləşdirir. Buna baxmayaraq şəhər ənənəvi yaşayış mülkiyyət meyarları ilə bağlı əlavə tədbirlər görülməlidir. Burada qorunma planı adekvat deyil və yeni idarəçilik sisteminə ehtiyac var.

Dünya İrs Komitəsinə üzv dövlətlərin (Komitənin 21 üzvü var) təmsilçiləri məsələyə dair fikirlərini bildirdilər. Braziliya faylı təsdiqlədiyini və şəhərin 9 orijinal darvazasının tarixi şəhər statusunu saxlamağa layiq olduğunu vurğuladı. Hindistan nümayəndəsi faylla bağlı ətraflı məlumatı diqqətə çatdırdı.

Norveç, Bəhreyn, Kuba, Azərbaycan, Küveyt, Zimbabve, Tunis və digər ölkələr faylla bağlı müzakirələrdə nominasiyaya təqdim edilən mədəni irsin xüsusiyyət təhlilləri ilə bağlı mülahizələrini söylədilər. Qırğızıstan sənətkarlıq izlərinin də Jaipur şəhərinin təklif olunan nominasiyaya daxil olmasını yüksək qiymətləndirdi. Braziliya bununla yanaşı faylın yaradıcı dəyəri olduğu üçün nominasiyanın mətninə dəyişiklik edilməsini təklif etdi. Məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Braziliyanın təklifi, xüsusi zonalı irs planına salınması ətrafında tövsiyələr diqqətə çatdırıldı.

Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, 14 ölkə Braziliyanın təklifinə səs verib. Beləliklə, faylın yeni mətninə əlavələr, memarlıq nəzarəti, hüquqi mühafizəni təkmilləşdirmək terminləri daxil edildikdən sonra nominasiya qəbul edildi.

Hindistan nümayəndəsi faylın qəbulundan qürur duyduqlarını bildirdi və təşəkkür etdi.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar