Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Lap yolda "protiv" mən getmişəm, burada nə var ki?" — Deputat

Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb

Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD-012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır. Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır.

Sözügedən görüntülər internetdə yayılandan sonra bir çox sosial şəbəkə istifadəçiləri “Bentley” markalı 10-DD-012 dövlət nömrə nişanlı avtomobilin Milli Məclisin deputatı Hacı Madər Musayevə məxsus olmasını qeyd ediblər.

Ancaq məsələ ilə bağlı deputat Hacı Madər Musayev Demokrat.az-a açıqlamasında yayılan xəbərləri təkzib edir:

"Əvvəla, o maşın mənə məxsus deyil. Kaş mənim olaydı. Mənə məxsus olsaydı, bunu gizlətməzdim. Lap tutalım ki, mənimdir, həmin mən sürmüşəm. Sonra nə olacaq? Cəriməsi nədirsə ödəyəcəm də! Məgər Bakıda olan "012" nömrəli maşınların hamısı mənimdir? Məsələyə digər tərəfdən baxaq: lap həmin "012" nömrəli maşın mənimdir, sükan arxasında da mən olmuşam, yolda "protiv" də mən getmişəm. Burada nə böyük qəbahət var? Tıxacqdır, istənilən tıxaclı yollarda maşınlar belə gedə bilir. Kamera çıəkib, əgər cəriməsi varsa, gedib cəriməsini ödəyəcəm, məsələ bitəcək. Daha bunu nə üçün böyütmək lazımdır? Mən bu cür məsələlərin sosial şəbəkələrdə nə üçün müzakirə olunduğunu anlaya bilmirəm. Mən yenə deyirəm ki, o maşın mənə məxsus deyil. Ancaq olsaydı da, bunu danmazdım. Yol Polisi var, o maşının kimə məxsus olduğunu da polis çox gözəl bilir. Kimlərsə qaşınmayan yerdən qan çıxarırlar".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar