Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN-in ikinci adamı kimdir? - General Əzimovun dosyesi

Rəis müavinliyindən nazir müavinliyinə gedən yol

Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.

Əzimov yeni vəzifəsinə qədər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olub. O, bu vəzifəyə 2014-cü ildə sabiq Daxili İşlər naziri Ramil Usubovun imzaladığı əmrlə təyin olunub. "Bandotdel”ədək Quba Rayon Polis Şöbəsinin rəisi olan Əzimov, həmin vaxt yeni vəzifədə Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidovu əvəzləyib.

Seyfulla Əzimovun adı qubalılara daha çox tanış olsa da, o, ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra gündəmə gəlib. Əzimov həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var.

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi etibar olunur. Beş il "Bandotedəl”in rəisi olan Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini vəzifəsinədək yüksəlir. (Bakupost.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar