Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

21 Avropa ölkəsi “Wi-Fi”ın avtomobilə tətbiqinə etiraz edib

Avropa İttifaqı ölkələri Aİ icraiyyə orqanının “Wi-Fi” əsasında avtomobil standartının tətbiqi ilə bağlı təklifinin əleyhinə səs veriblər

21 ölkə, o cümlədən güclü avtomobil sənayesinə malik Almaniya, Fransa və İtaliya Brüsseldə 28 təşkilat üzvünün toplaşdığı tədbirdə bu təklifin əleyhinə çıxıb.

Xatırladaq ki, apreldə Aİ-nin əsas qanunverici komitəsi Avropa Komissiyasının “Wi-Fi” texnologiyasının avtomobillər üçün istifadəsi ilə bağlı tələbini rədd edərək beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) əsasında alternativ standartın inkişaf etdirilməsini dəstəkləyib.

Avtomobillər arasında rabitə üçün “Wi-Fi” texnologiyası əsasında “ITS-G5” (intellektual nəqliyyat sistemləri) texnologiyasından istifadənin tərəfdarları kimi “Volkswagen”, “Renault”, “Toyota”, “NXP”, “Autotalks” və “Kapsch TrafficCom” şirkətləri çıxış edir.

“5G” əsasında “C-V2X” avtomobil standartından istifadə üzrə tərəfdarlar sırasına “Daimler”, “Ford”, “PSA Group”, “Deutsche Telekom”, “Ericsson”, “Huawei”, “Intel”, “Qualcomm” və “Samsung” şirkətləri daxildir. Avropa Komissiyası “Wi-Fi” texnologiyasını dəstəkləməsini hazırda onun “5G”dən fərqli olaraq istifadə olunması və ondan istifadənin yol hərəkətinin təhlükəsizliyini artıracağı ilə izah edib.

Öz növbəsində “5G” tərəfdarları qeyd edir ki, bu texnologiya əyləncə, avtomobillər arasında məlumat mübadiləsi və naviqasiya kimi sahələrdə tətbiq edilmə üçün daha geniş spektrə malikdir.(Lent.az)

pia.az


Etiket: Wi-Fi avtomobil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar