Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktub qalmaqalı ilə bağlı AMİP-dən açıqlama

“Mən həmin vaxt Mərkəzi Seçki komissiyasının üzvü olmuşam. Həqiqətən də o məktub Əli Əliyevin keçmiş xanımı tərəfindən yazılıb və MSK sədri Məzahir Pənahov onu mənə verib”

Bunu “Yeni Sabah”a açıqlamasında vaxtilə AMİP-in MSK-da nümayəndəsi olan Arzuxan Əlizadə deyib.

VİP sədri Əli Əliyevin keçmiş həyat yoldaşının 2005-ci ildə yazdığı məktubun yayılması ilə bağlı qalmaqala münasibət bildirən A. Əlizadə deyib ki, o zaman Ə. əliyevin deputatlığa namizədliyi verilmişdi:

“Onun birinci həyat yoldaşı məktubla o vaxt mətbuata da müraciət eləmişdi, partiyaya da və Mərkəzi Seçki komissiyasına da. O vaxt həqiqətən də Məzahir müəllim məni dəvət elədi – bunu çox böyük əxlaq nümunəsi hesab edirəm, bir neçə dəfə demişəm- bildirdi ki, sizin o vaxtkı sədriniz haqqında belə bir məktub daxil olub. Bu çox xoşagəlmnəz məsələdir.

Onu xüsusilə vurğulayım ki, orada qeyd olunmuşdu ki, həmiş şəxsin 3 övladı var. Məktubun arxasına övladlarının doğum şəhadətnamələri əlavə edilmişdi. Hər 3 üç uşağın ataları və anaları yazılmışdı. Əli Əliyev isə MSK-ya verdiyi məlumatlarda yalnız bir övladının olduğunu qeyd etmişdi. Namizədin özü haqqında səhv məlumatlar verməsi o namizədliyin ləğv olunması ilə nəticələnən bir məsələdir. O məktubun içərisində onun həyat yoldaşı tərəfindən bir çox həqiqətlər açılıb göstərilmişdi. Məzahir müəllim mənə yazdı və dedi ki, baxın və cavab hazırlayın.

Bunun üstündən illər keçib, ancaq bunu olduğu kimi deməliyəm. Mən faktiki olaraq qanun pozuntusuna yol verdim və o məktubu cavablandırmadım. Onu özümdə saxlayaraq məktubun ictimailəşdirilməsinin qarşısını aldım.

İkincisi həmin şəxsin namizədliyinin ləğv olunması məsələsinin qarşısını aldım.

Üçüncüsü o zaman müraciət edən məktub müəllifinin müraciətini cavablandırmamaqla onun hüquqlarını pozmuş oldum.

Baxmayaraq ki, həmin şəxs dəfələrlə bu illər ərzində çox xoşagəlməz formada partiyanın adını da, bizim adımızı da hallandırıb və.s. Buna baxmayaraq, biz bunu eləmişik.

İndi də burada AMİB-in nümayəndəsinin elə bir rolu olmayıb. Bu çox qeyri-ciddi münasibətdir ki, məktubu guya AMİP yayıb. Həqiqətən də biz bu məsələnin ictimaiyyətləşməsinin qarşısını almışıq.

Bir halda ki, artıq özü bu məsələni qabardıb, mən onu olduğu kimi açıqlayıram. Əgər ehtiyac olarsa, mənim üzərimə yazılan məktubu təqdim edə bilərəm”.

Etibar Məmmədova yazılan məktubu kim tərəfindən yayılmasına gəldikdə A. Əlizadə deyib ki, bu məsələdə E. Məmmədovun adının hallanması təssüf doğurur: “O zaman Etibar bəy partiyanın sədri deyildi, lider idi və bu gün də fəxri lider olaraq qalır. Daxil olan məktub o zaman Etibar bəyin seçki qərargahına daxil olub və görünür ki, partiyanın arxivində də saxlanıb.

Bu şəxs artıq 14 ildir ki, ictimaiyyəti çaşdırmaqla yalan məlumatlar verir, öz partiyasından yaranmış ixtilafı fərqli, özünə lazım olan, özünə sərf edən rakursdan təqdim etmək istəyir.

Bu illər ərzində bilirsiniz ki, bu adam haqqında Etibar Məmmədov bir kəlmə də söz deməyib. Eləcə də partiyadan onun haqqında əlavə bir dənə də olsun münasibət bildirilməyib, nə yaxşı, nə pis. Ümumiyyətlə, biz çalışmışıq ki, bu məsələni kənara qoyaq. Bu artıq bağlanmış səhifədir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar