Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncənin bitib-tükənməyən təhsil problemi - Şikayət

Gəncə şəhər 3 nömrəli Peşə Litseyinin bir qrup müəllimi adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb

Müraciətin PİA.AZ-a daxil olan mətnində deyilir:

"Məlumunuz edirik ki,Gəncə şəhərində 3 nömrəli Peşə Litseyi fəaliyyət göstərir.Bu litseyin direktoru İsmayılov Fazil İsmayıl oğludur.1 və 2 nömrəli Gəncə Peşə məktəbinə rəhbərlik də Fazil İsmayılova həvalə olunub..Fazil Ismayılov Gəncə Dövlət Universitetinin "Ümumi texniki fənlər və əmək" ixtisasını bitirmiş və tədris emalatxanasında tədris ustası vəzifəsində işləmişdir.Bundan sonra, dosent Oqtay Məmmədliyə hazır dissertasiya işi yazdıraraq iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. Bu şəxs indi də işlədiyi yerlərdə istənilən qanunsuz hərəkətlərə imza atır.

Fazil İsmayılov 3 nömrəli Gəncə Peşə Litseyinə direktor təyin edilən kimi laborant Əliyeva Laləni qeyri-qanuni maddə ilə işdən azad etdi və işçi bununla bağlı məhkəməyə müraciət etdi.Məhkəmə Lalə Əliyevanın işə bərpa olunması ilə əlaqədar qərar qəbul etdi.Lalə Əliyeva işə bərpa olundu,lakin Fazil İsmayılovun təhqirlərinə dözə bilməyərək ərizə yazıb işdən azad olundu.

Fazil İsmayılov bundan başqa dərs hissə müdiri Elmir Rzayev,tədris və istehsalat işləri üzrə direktor müavini Azər Rəhimov,mühasib Azəri Nəzakəti də məcburi olaraq işdən azad etdi. Mühasib Azəri Nəzakəti işdən azad edib yerinə Günay Heydərovanı təyin etməyinə baxmayaraq bir müddət sonra mühasibdən qanuna zidd işlərin yerinə yetirməsini tələb etdiyinə görə Günay Heydərova vəzifəsindən imtina etdi.

Fazil İsmayılov 2 nömrəli Gəncə Peşə məktəbinin tədris və istehsalat işləri üzrə direktor müavini Vaqif Göyüşovdan prokurorluğa və polis orqanlarına yersiz şikayətlər edərək Vaqif Göyüşovu işdən uzaqlaşdırmaq istəyərək tələbələrin təqaüd kartlarını mənimsəməyə çalışmışdır.

Hal-hazırda davamiyyəti zəif və dərslərdə iştirak etməyən 200-dən artıq tələbənin təqaüd kartı Fazil İsmayılovdadır. Tələbələr var ki,onları azad etmiş,lakin hər birinə təqaüd vermişdir,bu da ciddi maliyyə pozuntusudur. Fazil İsmayılovun verdiyi əmrlərin əksəriyyəti qanuna uyğun deyil. Mühasibatlıqla Kapital Banka gedən maliyyə sənədlərinin heç biri üst-üstə düşmür. Mərkəzə dövlət tərəfindən verilmiş materialları da mənimsəyərək özünə məxsus tikinti materialları mağazasında satdırır.

Bu şəxs tələbələrin kartlarını götürdüyünə görə dəfələrlə prokurorluğa çağırılıb,bu şəxs yeni yaradılacaq mərkəzə direktor təyin olunmaq üçün dəridən-qabıqdan çıxır.

Aşağıda adları qeyd olunan tələbələrin təqaüd kartları Fazil İsmayılovdadır, bu tələbələrə verilən təqaüdlər Fazil İsmayılov tərəfindən mənimsənilir.

"Bərbər-vizajist-manikürçü" ixtisası üzrə 12 nömrəli qrupda

Alıyeva Mələk Bakir qızı

Bayramov Eltac Rasim oğlu

Ələsgərova Günel Yalçın qızı

Əliyeva Rahidə Vahid qızı

Həmzəyeva Elnada Zabit qızı

İsmayılova Aytac Çıngiz qızı

Məmmədov İlkin Rəfayıl oğlu

Rzayeva Şəfəq Vüqar qızı

Xəlilov Cavid Cahid oğlu

Xəlilova Lətafət Tarif qızı

Yusifzadə Ulduz Rəfayıl

"Geyim üzrə dizayner" 13 nömrəli qrupda

Abdullayeva Aysel Azər

Aslanlı Ləman Elməddin

Əhmədova Nərmin Elman

Kazımova Ayşən Nizami

Kərimov Əli Nüsrət

Məmmədli Mələknisə Zabil

Minumilin Murad Xxxx

Qasımov Rufan Nail

Quliyev Mahal Arif

Qurbanov Emil Elsevər

Yusifova Zümrüd Eldar

Zamanov Xanlar Əli

Zamanova Gülnarə Hüseyn

Hüseynova Dilarə Namiq

"Turizm agenti" 14 nömrəli qrup

Əliyeva Rahilə Rövşən

İsgəndərli Həmid Daşqın

Məmmədov Elvin Allahverdi

Oricov Nail Namiq

Qasımov Kamran İlham

Quliyev Nurxan Şahin

Vəlizadə Tofiq Arzuman

Verdiyev Xəyal Arzu

Verdiyeva Vəfa Firdovsi

"Kompüter operatoru" 10 nömrəli qrup

Allahverdiyev Ramal Vasif

Bağırov Aypara İlkin

Cavadov Ruslan Aslan

Cəfərov Ənnağı Nizami

Əhmədov Tural Zaur

Əsədov Valeh İlqar

İbrahimov Göydəniz Elnur

İsayev Mehti Fizuli

İsmayılov Əhliman Ruhlan

Kərimov Elvin Ələmşah

Nağızadə Saleh Rəşid

Orucov Əmirxan Elqədir

Quliyev Valeh Rafiq

Bədəlov Fuad Məzahir

Səfərov Sənan Ziyad

Zalquluzadə Kəramət Mahir

Budaqova Əfsanə Xəlil

"Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator" ixtisasında 11 nömrəli qrupda 19 nəfər şagirddən 15 nəfərin,

"Bərbər-vizaajist-manikürçü" ixtisasında 32 nömrəli qrupda 20 nəfər şagirddən 11 nəfərin

"Mebel ustası" ixtisasında 31 nömrəli qrupda 19 nəfər şagirddən 18 nəfərin təqaüd kartı Fazil İsmayılovdadır.

Xahiş edirik ki,bununla bağlı lazımi ölçü götürəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar