Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Azərbaycanla turizm əlaqələrini genişləndirir

Fransanın paytaxtı Parisdə “Echapevo” şirkətlər qrupu Azərbaycanla turizm əlaqələrinin yaradılması münasibətilə qəbul təşkil edib

“Report”un Fransa bürosu xəbər verir ki, Azərbaycan səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirdə bu ölkənin yüzdən çox turizm sahəsində fəaliyyət göstərən şirkətləri iştirak ediblər.

Tədbir zamanı “Echapevo” şirkətlər qrupunun Azərbaycan ilə turizm əlaqələrinə start verildiyi bildirilib. Onlara Azərbaycan haqqında ətraflı məlumat verilib, tarixi, coğrafiyası, mədəni abidələri, hazırkı siyasi və iqtisadi stabilliyi haqqında danışılıb. Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, “Echapevo” qrupunun rəhbərləri, öz növbəsində, Azərbaycanla turizm əlaqələri yaratmaqda maraqlı olan şirkət nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyası Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş kampaniyaya start verdiklərini açıqlayıb. Kampaniya bu ilin sonuna qədər davam edəcək.

Tədbir iştirakçıları Azərbaycanda stabillik, multikulturalizm və xüsusilə də qadın hüquqlarının inkişafı və onlara səsvermə hüququnun verilməsi mövzusuna xüsusi maraq göstəriblər.

pia.az


Etiket: turizm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar