Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılacaq

Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkəti ilin sonunadək Rusiyadan qaz tranzitini bütövlüklə dayandırmağa hazırlaşır

Bu barədə şirkətin icraçı direktoru Yuri Vitenko “Facebook”dakı səhifəsində bildirib.

“Təəssüf ki, Ukrayna ərazisindən qaz tranzitini təkcə 2020-ci ilin I rübü üçün deyil, bütövlükdə 2019-cu il başa çatandan sonra dayandırılacağını gözləyirik”,- deyə o qeyd edib.

Ukrayna dövlət neft şirkətinin rəhbəri Rusiyanın “Qazprom” şirkətinin iqtisadi deyil, siyasi amilləri rəhbər tutduğunu vurğulayıb.

Qeyd olunub ki, bu ay Ukraynada gündəlik qaz hasilatının ötən ilin dekabrına nisbətən 9,2 faiz azaldığı nəzərə alınsa, ölkənin qışa hazırlığı çətin vəziyyətə düşəcək.

Həmçinin RİA Novosti xəbər verir ki, Ukraynadakı islahatlara dair Torontoda keçirilən konfransda “Naftoqaz” şirkətinin qaz bölməsinin rəhbəri Andrey Favorov da qaz tranzitində üç aya qədər fasilə gözlədiklərini bildirib.

“Report” xatırladır ki, Ukrayna ərazisindən təbii qaz tranzitinə dair Rusiya ilə qüvvədə olan müqavilə cari ilin sonunda başa çatır. Həmin tranzitin davam etdirilməsilə bağlı Ukrayna - Rusiya - Avropa İttifaqı arasında üçtərəfli danışıqlar aparılsa da, növbəti mərhələnin tarixi hələlik razılaşdırılmayıb. Halbuki Ukraynanın baş naziri Vladimir Qroysman iyulun 2-də Avropaya təbii qaz tranzitinin, habelə qaz hasilatının təmin olunmasını “Naftoqaz” rəhbərliyinin birbaşa borcu olaraq səciyyələndirmişdi.

pia.az


Etiket: Qaz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar