Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niki Minajın Səudiyyə Ərəbistanında baş tutacaq konserti ölkəni qarışdırdı

Amerikalı reper Niki Minajın Səudiyyə Ərəbistanında baş tutacaq “Ciddə Dünya Festivalı” çərçivəsində səhnəyə çıxacağını açıqlaması ölkədə böyük qalmaqala səbəb olub

Xarici media xəbər verir ki, Minajın açıq-saçıq geyimlərinin və replərində istifadə etdiyi nalayiq ifadələrin mühafizəkar bir ölkədə necə qarşılanacağı müzakirə mövzusu olub.

İyulun 18-də baş tutması gözlənilən konsert təkcə Səudiyyə Ərəbistanının mühafizəkar vətəndaşlarını yox, qadınları və LGBT tərəfdarlarını da narahat edib. Səudiyyəlilər müğənni ilə yanaşı onu ölkəyə dəvət edənləri də sosial şəbəkələrdə tənqid atəşinə tutublar. Onlar Məkkəyə yaxın ərazidə Minajın səhnəyə çıxmasını düzgün hesab etmədikləri bildiriblər.

Bəzi ərəbistanlı qadınlar ölkədə ikili standart tətbiq edildiyini diqqətə çatdırıblar:

“O, yanlarını oynadanda mənə “çarşaf geyin!” deyəcəksiniz?”

LGBT tərəfdarları isə mövzuya fərqli aspektdən yanaşıb. Onlar müğənninin gey paradlarda səhnəyə çıxdığını xatırladaraq onun homoseksuallığı ölümlə cəzalandıran bir ölkədə səhnəyə çıxmağını ikiüzlülük olaraq dəyərləndiriblər. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Ən çox oxunanalar