Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirqafar Seyidov şikayətçini və baş redaktoru qəbul edib

Qarabağ Hərəkatının sədri Vüsal Qurbanzadə və Criminal.az saytının baş redaktoru Anar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub

PİA.az “Report”a istinadən məlumat verir ki, bu barədə V.Qurbanzadə özünün feysbuk hesabında status yazıb.

O bildirib ki, BŞBPİ-nə criminal.az saytında yayımlanan Daxili İşlər naziri Vilayət Eyvazova ünvanladığı açıq məktubla bağlı dəvət olunub: “Əvvəla, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi açıqlama verdi. Sonra İdarənin rəisi general Mirqafar Seyidov məni və criminal.az-ın baş redaktoru Anar Məmmədovu qəbul etdi. İlk sualı “Bu, nə qərəzdir sizdə?” olsa da söhbətimiz çox mülayim davam etdi. Hətta rəis tərəfindən nəzakətlə qarşılandıq desəm, daha doğru olar”.

V.Qurbanzadə qeyd edib ki, 8 ay əvvəl evimizdə baş verən oğurluq hadisəsi ilə bağlı DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov məlumat verib: “Rəis cinayətkarların tapılıb ifşa edilməsi istiqamətində işlərin davam etdirildiyini dedi. Həmçinin açıq məktubumda Azərbaycan polisinin ünvanına söylədiyim fikirlərlə qətiyyən razılaşmadığını və polisin buna layiq olmadığını bildirdi. Baş verən hadisə ilə bağlı bir neçə saat ərzind müzakirələr apardıq. Arzu Daşdəmirovun “Biz burda niyə oturmuşuq? Əlbəttə, cinayətin üstü açılacaq!”, deməsi polisin bu sahədə daha ciddi addımlar atacağına ümid yaradır”.

Qarabağ Hərəkatının sədri BŞBPİ-də ona göstərilən münasibətdən razı qaldığını vurğulayıb: “Hər halda bu günkü görüşdən və Bakı Baş Polis İdarəsində bizə göstərilən munasibətdən razı qaldım. İnanıram ki, bu razılıq mənə və mənimlə bərabər bütün zərərçəkənlərə cinayətkarların ifşa olunması ilə bağlı məlumat verildiyi zaman tam olacaq. Eləcə də polis – vətəndaş münasibətlərinin yaxşılaşdırılması istiqamətində polisin üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə ümid edirəm”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar