Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti bank sektoruna necə təsir edir?..

Ekspert: “Bu qurumun müstəqil bir qurum kimi fəaliyyət göstərməsi bank sektoruna və maliyyə sektoruna əlavə yük gətirir”

“Palatanın ya Mərkəzi Bankın bir departamenti kimi, ya da Maliyyə Nazirliyinin nəzarəti altında departament kimi fəaliyyət göstərməsi, müstəqil bir qurum olmasından daha məntiqlidir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini PİA.AZ-a şərh edərkən qeyd edib.

Son zamanlarda isə Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətindən şikayətlər artmaqdadır. Son olaraq isə bank üzrə müxətəssis, hüquqçünas Əkrəm Həsənov MBNP-nin fəaliyyətini sərt tənqid edib və Palatanın bərbad fəaliyyət göstərdiyinə diqqqət çəkib. Qeyd edək ki, yaranmasından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, MBNP öz fəaliyyətində əsas məqsədə, yəni maliyyə sektorunda sabitliyə və şəffalığa nail ola bilməyib. Palatanın əvvəlki rəhbəri Rüfət Aslanlının adı isə bir çox korrupsiya qalmaqallarında hallanıb.

2019-cu ildə MBNP-nin fəaliyyətini necə dəyərləndirmək olar? Ümumiyyətlə, Palatanın fəaliyyətinin bank sektoruna təsirləri hansı prossesləri yaradır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Palatanın ya Mərkəzi Bankın bir departamenti kimi, ya da Maliyyə Nazirliyinin nəzarəti altında departament kimi fəaliyyət göstərməsi, müstəqil bir qurum olmasından daha məntiqlidir”.

Palatanın müstəqil qurum kimi fəaliyyət göstərməsinin məntiqli olmadığını vurğrlayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu qurumun müstəqil bir qurum kimi fəaliyyət göstərməsi bank sektoruna və maliyyə sektoruna əlavə yük gətirir. Natiq Cəfərlinin fikrincə Palatanın ya Mərkəzi Bankın bir departamenti kimi, ya da Maliyyə Nazirliyinin nəzarəti altında departament kimi fəaliyyət göstərməsi, müstəqil bir qurum olmasından daha effektli olardı:

“Əslində Palatanın yaradılması zamanı da ciddi fikir ayrılıqları var idi. Çünki Mərkəzi Bankın və Maliyyə Nazirliyinin bəzi funksiyalarını toplayaraq ayrıca bir qurumun yaradılmasına ehtiyac yox idi. Çünki bir-birini təkrarlayan ayrıca bir quruma, ümumən, ehtiyac yoxdur. Sadəcə o zaman devalvasiyalardan sonra maliyyə sektorunda daha sərt nəzarət sisteminin yaradılması nöqteyi-nəzərindən belə bir addıma getdilər.

Məncə, bu qurumun müstəqil bir qurum kimi fəaliyyət göstərməsi bank sektoruna və maliyyə sektoruna əlavə yük gətirir. Həm tənzimləyici funksiyalar, həm də cərimələr baxımından bankların üzərinə əlavə yükün qoyulması o qədər də məntiqli yanaşma deyil.

Əslində, Palatanın ya Mərkəzi Bankın bir departamenti kimi, ya da Maliyyə Nazirliyinin nəzarəti altında departament kimi fəaliyyət göstərməsi, müstəqil bir qurum olmasından daha məntiqlidir. Çünki bənzər funksiyalar həm Mərkəzi Bankda, həm Maliyyə Nazirliyində, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasında var. Bu da ümumi maliyyə sektorunda əlavə vaxt və resurs itkisinin yaranmasına səbəb olur.

Bu qurum o vaxt yaradılarkən də öz fikrimi media vasitəsilə bildirmişdim ki, ayrıca bir qurum kimi Palatanın olmasına ehtiyac yoxdur. Ya Maliyyə Nazirliyinin, ya da Mərkəzi Bankın daxilində departament kimi fəaliyyət göstərməsi və ümumiləşdirilmiş konseptual maliyyə sektoruna baxış olması daha məntiqlidir.

Ayrı-ayrı qurumların eyni funksiyaları tətbiq etməyindənsə, mərkəzləşdirilmiş qaydada maliyyə-bank sektoruna nəzarətin həyata keçirilməsi daha effektiv nəticələr verə bilər. Ona görə də, Palatanın ayrıca bir qurum kimi fəaliyyət göstərməsini o qədər də məntiqli saymıram.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar