Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məmurları qəzet oxuyurmu?

Baş nazir Novruz Məmmədov çap mətbuatını daim izləyir, nazirlər isə...

Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələr və internet resurslarının inkişafı nəticəsində yazılı media dərin böhran keçirməkdədir. Gündəlik nəşr olunan qəzetlərin sayı və tirajı getdikcə azalır, informasiya mənbəyi olaraq mövqelərinin böyük hissəsini itirirlər. Bu şəraitdə Azərbaycan məmurları yazılı median izləyirlərmi?

Məlumdur ki, əksər dövlət qurumları yazılı çap olunan bütün dövlət qəzetlərinə abunə olurlar. Alınan qəzetləri məmurlarımız özləri oxuyurlarmı?

Onu da qeyd edək ki, son illərədək dövlət qurumlarında çalışan mətbuat katibləri hər gün media icmal hazırlayaraq rəhbərlərinə təqdim edirdilər. Yəni yüksək vəzifəli məmurların əksəriyyəti qəzəet-jurnal oxumurdu... İndi vəziyyət necədir: məmurlar yenə belə icmallar vasitəsilə media gündəmindən xəbər tuturlar, yoxsa bilavasitə özləri vaxt ayırıb qəzet oxuyurlar?

Bu suallarla bir sıra dövlət qurumlarının mətbuat katiblərinə müraciət etdik. Verilən cavablardan məlum oldu ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov yazılı mətbuatı bilavasitə özü izləyir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyevin “Yeni Müsavat”a bildirdiyinə görə, baş nazir Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyətinə böyük önəm verir: “Daim yerli medianı izləyir. Hər gün yazılı media ilə şəxsən özü tanış olur, qəzetləri oxuyur. Online media ilə bağlı baş nazirə xülasə təqdim olunur. Cənab baş nazir həmin xülasə ilə də gün ərzində tanış olur. O cümlədən xarici mediada təqdim olunan xəbərlər və yazılarla bağlı da baş nazirə operativ şəkildə xülasə - məlumat təqdim olunur”.

İqtisadiyyat naziri Şahin Mustafayev də media gündəmini eyni qaydada izləyir. İqtisadiyyat Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin sözlərinə görə, nazir qəzetlərlə özü tanış olur: “Düzdür, biz ona media icmalı da hazırlayıb təqdim edirik. Lakin adətən qəzetləri özü də oxuyur, internet resurslarını da izləyir”.

Kənd təsərrtüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də işlərinin çoxluğuna rəğmən, mətbuatdan özləri xəbər tutmağı sevirlər. Onlar həm yazılı mətbuatı, həm də internet resurslarını müntəzəm olaraq izləyirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov üçün media icmalı hazırlanmır. Qurumun mətbuat katibi Eyvaz Qocayevin “Yeni Müsavat”a dediyinə görə, Z.Fərəcov həm yazılı, həm internet mətbuatını özü oxuyur.

pia.az


Etiket: məmurlar qəzet

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar