Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva "Live Life" sərgisi ilə tanış olub - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Live Life" sərgisi ilə tanış olub 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyulun 3-də Heydər Əliyev Mərkəzində "Live Life" sərgisi ilə tanış olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb.

Leyla Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış oldu.

Sərgi ilə tanışlıqdan sonra yay təcrübəsi məktəbinin iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi "Live Life" sərgisi ərçivəsində iyulun 2-dən Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçir.

İyulun 6-dək davam edəcək yay təcrübəsinin mövzusu "Live Life" sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqətin cəlb edilməsini nəzərdə tutur.

Layihədə iştirak edən tələbələr yaradıcılıq üçün zəruri baza dəstləri ilə təmin olunublar. İştirakçılardan hər biri həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək və mükafatlandırılacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş "Live Life" sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib və 2018-ci il sentyabrın 28-dən Heydər Əliyev Mərkəzində təqdim edilir. Ekspozisiyada 200-dən çox əsər yer alıb.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar