Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sensasiya, yoxsa feyk? Paşinyanın Stoltenberqə məktubu barədə

Moskva nəşrinin versiyasına görə, inqilabın qarşısını almaq üçün Paşinyan Qarabağı Azərbaycana verməyi qərara alıb

Rusiyanın gosnews.ru nəşri sənəd dərc edib və bunun Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenburqa məktubunun olduğunu bildirib.

"Paşinyan gözlənilməz gediş etdi: Arsaxı Azərbaycana vermək, məktubda bu barədə Stoltenberqə bildirir. Paşinyan belə bir hiyləgər yolla əlbirlyin qarşısını almağı planlaşdırır, Dağlıq Qarabağda ona qarşı olanlar üçün elə bir həyat tərzi yaratmaq istəyir ki, Ermənistan rəhbərliyini devirmək artıq onların umrunda olmasın", - Moskva nəşrində deyilir.

Paşinyanın birillik idarəçilyi dövründə Ermənistan iqtisadi böhran həddinə çatdırılıb. 2018-ci ilin əvvəlində ÜDM 9,7% təşkil edib, ilin sonunda isə 2,7%-ə enib, xarici ticarət artımı ilin əvvəlində 44,6% -dən enərək ilin sonunda 11,4% təşkil edib.

Korrupsiyaya qarşı mübarizə ölkənin keçmiş rəhbərliyi ilə hesablaşmaların olduğunu yada salıb.

Bu fonda Qarabağ hərbçilərinin Paşinyanı devirməyə hazırlaşması barədə şayiələr yayılıb.

Moskva nəşrinin versiyasına görə, inqilabın qarşısını almaq üçün Paşinyan Qarabağı Azərbaycana verməyi qərara alıb və Stoltenberqə məktubunda bu barədə bildirib:

https://picua.org/images/2019/06/28/a640186e21357b890b102a8219c9f33c.jpg

"Hörmətli cənab Stoltenberq,

Ermənistanın taleyində fəal iştiraka və NATO ilə əməkdaşlığın genişləndirilməsinə mane olan problemlərin həllinə yardım göstərdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirməyi vacib sayıram.

Regionda təhlükəsizliyin təminatında Ermənistanın rolu ilə bağlı dərin narahatlığınızı başa düşərək, öncədən üzərimizə götürdüyümüz və bu ilin yanvarında şəxsi görüş zamanı sizin də təsdiqlədiyiniz öhdəliklərin biz tərəfdən icrasının yaxın olduğu barədə məlumat verirəm. Ermənistanla NATO-nun yaxınlaşması yolundakı əsas maneə - Azərbaycanla mübahisəli ərazilərdə erməni qoşunlarının iştirakı - bir il ərzində aradan qaldırılacaq.

Erməni Silahlı Qüvvələrinin bölmələrinin münaqişə zonasından çıxarılması və mübahisəli ərazilərə nəzarətin Azərbaycan tərəfə verilməsilə bağlı hazırlanmış plan çərçivəsində Dağlıq Qarabağın gələcəkdə Yerevan tərəfindən dəstəklənməsinin məqsədəuyğunluğu məsələsinin ümumxalq referendumuna çıxarılması təklif edilib.

Bu təşəbbüs, şübhəsiz ki, respublika vətəndaşlarının əksəriyyətinin mənfi reaksiyasına səbəb olacaq, bizim nəzarətimizdə olan xüsusi hazırlanmış qruplar isə daxili siyasi vəziyyətin pozulması görüntüsünü təmin etmək və Dağlıq Qarabağda olan erməni bölmələrinin yenidən dislokasiyası üçün inandırıcı bəhanə yaratmaq məqsədilə etiraz aksiyalarına təhrik edəcəklər.

Öz növbəmdə, Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin təmin olunmasına yardım göstərmənizi xahiş edirəm. Bu öhdəliklərə görə, Dağlıq Qarabağın 50 faiz ərazisinin üzərində onun nəzarəti bərpa olunacaq. Dağlıq Qarabağın qalan hissəsinin muxtariyyət statusu əldə etmək mümkünlüyü ilə neytral bufer zonaya çevrilməsi üçün Ermənistan rəhbərliyinin razılığını təsdiqləyirəm.

Həmçinin mövcud razılaşmaların pozulmasına yol verilməməsi məqsədilə Azərbaycanın hərəkətlərinə siz tərəfdən nəzarət olacağına ümid edirəm.

Ümid edirəm ki, maraqlara qarşılıqlı əməl olunması NATOErmənistan arasında əməkdaşlığın inkişafına xidmət edir, həmçinin bütün Cənubi Qafqaz regionunda sülhə və sabitliyə zəmanət verir", - məktubda deyilir.

Bu material çox güman ki, saxtadır. Ancaq vacib olan odur ki, bu, Rusiyadan gəlir. Rusiya Paşinyandan narazılığını gizlətmir və əhalinin ona dəstəyini pozmağa can atır.

Materialda qeyd olunur ki, "Paşinyan bir il əvvəl onu Ermənistan rəhbərliyinə gətirən kuratorlar qarşısındakı

əsas vəzifəsini yerinə yetirib". Söhbət Ermənistanın NATO-ya daxil olması yolundakı maneənin aradan qaldırılmasından gedir ki, bu, onun Qərb tərəfindən dəstəklənməsini təmin edəcək".

Material 1 iyul tarixində dərc edilib. Lakin hələlik rəsmi Yerevan təkzib verməyib (Turan)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar