Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pasiyentlərin sağlamlığına vurulan zərərin ödənilməsi üçün komissiya yaradılacaq

"Azərbaycanda pasiyentlərin hüquqları ilə bağlı 3 müstəvidə hüquqi əsaslar olacaq. Pasiyentlərin sağlamlığına vurulan zərərin ödənilməsi üçün komissiya yaradılacaq"

Bunu APA-ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, “Pasiyentin hüquqları haqqında” yeni qanun layihəsində təzminat, pasiyentə vurulan iqtisadi və mənəvi zərərin ödənilməsi hüququ olmalıdır: “Bunun üçün müəyyən standartlar da hazırlanmalıdır. Pasiyentə vurulan zərəri hüquq-mühafizə orqanlarına qədər müstəqil bir komissiya araşdırmalıdır. Bu, dünya təcrübəsində var. Həmin komissiyanın tərkibində müxtəlif sahələrdə təcrübəsi olan həkim ekspertlər, hüquq-mühafizə orqanlarının işçiləri və QHT, ictimaiyyət nümayəndələri olmalıdır. “Pasiyentin hüquqları haqqında” qanun layihəsində də bunlar öz əksini tapacaq. Həmin komissiyanın qərarı isə son qərar olmalı deyil, tövsiyə xarakteri daşımalıdır. Bu qərar əsasında isə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini müəyyənləşdirməlidir”.

Deputat qeyd edib ki, bir neçə gün bundan öncə Səhiyyə komitəsinin iclasında vətəndaşları çox narahat edən tibb işçisi-klinika-pasiyent münasibətlərinin yeni müstəvidə çözülməsi və onun daha sivil münasibətlər səviyyəsinə qaldırılması üçün hüquqi bazanın yaradılması istiqamətində müzakirə keçirilib: “Həmin dinləmədə deputatlarla yanaşı, bu sahədə çalışan təcrübəli ekspertlər, həm özəl, həm də dövlət sektorunda olan səhiyyə müəssisələrinin, İcbari Tibbi Sığorta Agentliyinin rəhbər işçiləri, AMEA-nın İnsan Hüquqları İnstitutunun alimləri iştirak ediblər. Həmin dinləmədə qərara alınıb ki, “Pasiyentin hüquqları haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrup yaradılsın. Sual oluna bilər ki, indiyə qədər Azərbaycanda pasiyentlərin hüquqları qorunmurdumu? Əlbəttə, qorunurdu. Hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir. Bu qanunun bir fəsli pasiyentlərin hüquqları ilə bağlı müddəaları özündə əks etdirir. Amma bu qanun sovet modelindən irəli gələn bir sənəddir. Həmin qanun icbari tibbi sığortanın olmadığı dövrdə qəbul edilib. Qanunda pasiyentin müraciət, klinikanı seçmək, anonimlik hüququ öz əksini tapıb. İndi isə pasiyentin hüquqları dedikdə həm iqtisadi, həm inzibati, həm cinayət, həm də mülki müstəvidə çözülən hüquqları başa düşülür. Bu da indiki dövrün tələblərinə tam uyğundur. Hesab edirəm ki, yeni hazırlanacaq “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müasir dövrün tələblərinə tam cavab verəcək”.

M. Quliyev bildirib ki, yeni qanun layihəsi üzərində işlər yekunlaşdıqdan sonra gələn ilin yaz sessiyasında komitəyə təqdim olunacaq.

pia.az


Etiket: Musa Quliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar