Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya və Liviyada kiçik “dünya müharibələri” - Kimlər yanlış, kimlər doğru tərəfdə vuruşur?..

Ərəb Baharının təsirində olan ölkələrdə hadisələr müxtəlif şəkildə cərəyan edir. Liviya və Suriyada gedən proseslərdə ciddi ziddiyyətlər və bənzərliklər var. Türkiyə isə hər iki prosesdə yanlış mövqedən çıxış edir...

Cahit Armağan Dilek
“Yeniçağ” qəzeti, Türkiyə, 3 iyul 2019-cu il

2011-ci ildə Ərəb Baharı ortaya çıxandan bəri Şimali Afrikaya və Orta Şərqə, sanki, qış gəlib. Liderlər və hakimiyyətlər dəyişib. İŞİD terror təşkilatının da ortaya çıxması ilə bu dağıntı böyük bir fəlakətə çevrilib.

Bu vəziyyət bəzi ölkələrdə qismən düzəlsə də, Suriyada kiçik bir dünya müharibəsinə çevrilib. Suriyadakı müharibə dünya gündəmində həmişə birinci olub, Liviya isə bir az daha kölgədə qalıb. Oradakı müharibə lazımi qədər müzakirə olunmayıb. Halbuki Suriyadakı kiçik dünya müharibəsinin eynisi Liviyada da baş verir.

Liviya Türkiyənin gündəminə tək-tük hadisələrlə düşür. Məsələn, elə axırıncı dəfə Türkiyənin pilotsuz uçuş aparatlarının və ekipajının toqquşmalarda iştirak etdiyi iddiası ilə türk vətəndaşlarının həbs olunması, Türkiyənin düşmən elan edilməsi və türk hökumətinin “bunu edənlər açıq hədəf olacaqlar”, açıqlaması nəticəsində Liviya Türkiyənin gündəminə düşə bildi.

Ərəb Baharının təsirində olan ölkələrdə hadisələr müxtəlif şəkildə cərəyan edir. Liviya və Suriyada gedən proseslərdə ciddi ziddiyyətlər və bənzərliklər var. Türkiyə isə hər iki prosesdə yanlış mövqedən çıxış edir.

Suriyada BMT-nin tanıdığı qanuni hökumət Əsəd rejimidir, lakin Türkiyə böhran başlayandan bəri Əsəd rejimini tanımadığını deyir. Həmçinin, Əsədlə diplomatik əlaqələrini də kəsib. Bunun əvəzinə Əsəd rejimini devirmək üçün yaradılmış Azad Suriya Ordusu və o qəbildən olan qruplaşmaları dəstəkləyir.

PKK terror təşkilatının Suriyadakı qolu olan YPG-nin hakimlik etdiyi SDG Suriyanın 1/3-nə nəzarət edir. SDG-nin bu səviyyəyə çatmasında, şübhəsiz, ABŞ tərəfindən 28 min traktorla göndərilmiş hərbi təchizatın və silahların böyük rolu var. Türkiyə terror təşkilatı kimi qəbul etdiyi SDG/YPG rəhbərliyini tanımır.

Lakin ABŞ başda olmaqla, Avropa ölkələri, Körfəz ölkələri, AB rəhbərliyi və hətta, Rusiya SDG rəhbərliyini ciddiyə alır və siyasi ortaqlıq belə edirlər. Bunda sonuncu dəfə Birləşmiş Millətlər Təşkilatı iştirak edib.

BMT-nin Uşaqlar və Silahlı Toqquşma üzrə xüsusi nümayəndəsi ilə Məzlum Abdi kimi də tanınan, SDG qüvvələrinin rəhbəri, PKK-lı terrorçu Fərhad Abdi Şahin BMT-nin Cenevrə ofisində, medianın qarşısında guya bir hərəkət planı və müqavilə imzalayıb. Biabırçılığa baxın da...

BMT-nin, ABŞ-ın və Rusiyanın sadəcə siyasi cəhətdən tanıdığı və nəzarətdə olan ərazilərdə enerji, kənd təsərrüfatı və su qaynaqları ilə birlikdə SDG/YPG yeni Suriyada həm ortaq qurucu, həm də muxtar dövlət olmağa hazırlaşır. Görünür, Türkiyənin bu gedişatı dayandırmaq üçün gücü qalmayıb.

Mövcud olan zəif mövqe isə terrorçunun məktubunda qeyd olunan “Suriya problemi SDG zəminində həll olacaq”, ifadəsi ilə birlikdə tamamilə çöküb. ABŞ-lı diplomat Cefrinin Suriyanın şimalında etibarlı bölgə məsələsi ilə bağlı “ABŞ, Türkiyə və SDG razılığa gəlib”, deyə açıqlama verməsi də bu işə son nöqtəni qoyub.

Türkiyə Suriyada necə küncə sıxılmış və məğlub olmuşdusa, indi də Liviyada eyni vəziyyətə düşüb.

Türkiyə üzdə Suriya ilə müqayisədə Liviyada daha doğru mövqedədir. Yəni BMT-nin tanıdığı Tripolidəki hökuməti dəstəkləyir. Lakin problem budur ki, hökumət ifrat dindarların nəzarətindədir və Qardaşlıq ilə, Əl-Qaidə ilə əlaqələri var. Vəziyyət onu göstərir ki, indi Türkiyənin yanında olan təkcə Qətərdir.

Digər ölkələr isə Tripolidəki hökuməti tanısalar belə, ölkənin təxminən 75%-nə nəzarət edən General Həftar rəhbərliyindəki Tobruk məclisinə, hökumətə və orduya (Liviya Milli Ordusu) dəstək verirlər. Dəstək vermək üçün səbəbləri isə Həftar qüvvələrinin Əl-Qaidə və İŞİD-lə müharibə aparması, yəni terrorçularla mübarizə aparmasıdır!

Həftar qüvvələri, bəlkə də, terror təşkilatı hesab olunur, amma BMT tərəfindən tanınan bir hökumətin ordusu var ikən, o, qeyri-qanuni şəkildə yaranmış bir hökumətdir. Suriyadakı vəziyyətə çox bənzəyir elə deyilmi? SDG/YPG isə İŞİD-ə qarşı savaşan, Qərbi xilas edən qəhrəmanlar kimi satılaraq siyasi və hərbi dəstək əldə edir.

ABŞ, Rusiya, Fransa, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, İngiltərə və İtaliya kimi ölkələr Həftarın nəzarət etdiyi bölgələrdə xüsusi qüvvələr saxlayır və Həftarın ordusuna dəstək verirlər. Açıq şəkildə bildirməsələr də, məqsədləri terrorla mübarizəni bəhanə edərək Tripolidə BMT-nin tanıdığı, Türkiyənin hərbi və iqtisadi cəhətdən dəstəklədiyi iddia edilən hökuməti məğlub etməkdir.

Suriyadakı SDG kimi, Liviyada da Həftar qüvvələri Liviyanın enerji, kənd təsərrüfatı və su qaynaqlarına nəzarət edir.

Həftar bütün Liviyaya nəzarət etsə də, etməsə də, eynilə Suriyadakı kimi Liviyanın da qarşıdakı müddətdə 3 yerə bölünməsi nəzərdə tutulur.

Belə bir xəbər həm də onu göstərir ki, Türkiyənin Şərqi Aralıq dənizində Xüsusi İqtisadi Bölgə (MEB) elan etməsi üçün razılaşma əldə edəcəyi bir dövlət belə qalmayıb.

Türkiyənin həm Suriyaya, həm də Liviyaya göndərdiyi iddia edilən hərbi yardımların yanlış insanların əlinə keçməsi nəticəsində Türkiyə ağla gəlməyəcək ittihamlarla üz-üzə qala bilər.

Qərb ölkələri və bölgə ölkələri İŞİD və Əl-Qaidəyə qarşı terrorla mübarizə adı altında terror təşkilatlarına və qeyri-qanuni silahlı qruplara dəstək verərək yeni xəritələr çıxararkən, Türkiyə yanlış, düşünülməmiş həmlələr etdiyi üçün kənarda qalır və məğlublar siyahısına düşür.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar