Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İŞİD-çilərin uşaqlarının taleyi: Onlar məsum körpələrdir, yoxsa gələcəyin qatilləri?

Xarici ölkələr bu uşaqların və ya valideynlərinin torpaqlarına qayıtmasına icazə verə bilərmi? Yoxsa bütün qapılar onların üzünə həmişəlik bağlanacaq?

“The Independent” qəzeti, ABŞ, 2 iyul 2019-cu il

Mütəxəssislərin fikrincə, valideynlərinin günahlarının bədəlini ödəməli olan bir qruq uşaq var və bu uşaqların mütləq şəkildə təhlükə mənbəyi olduğunu demək yanlışdır.

İŞİD-çi ailələr başda Avropa olmaqla, bütün dünyanın təhlükəsizliyini, sülh və sabitliyini təhdid edirlərmi?

Məsələnin bu qədər sual altında qalmasının səbəbi, şübhəsiz, İŞİD yaraqlılarının əsasən Avropa ölkələrinin vətəndaşları olmalarıdır. Bu insanlar Suriyaİraqdakı toqquşmalardan sonra qadınlar və uşaqlar da daxil olmaqla, on minlərlə insanı gerilərində buraxıblar. Bəziləri ana-ataları və ya həyat yoldaşları tərəfindən xaricə qaçırılarkən, bəziləri də həbsxana divarları arasında qalıb. Geridə qalanlar, bəlkə də, öz talelərindən narahat şəkildə gözləyirlər.

Valideynlərinin günahlarının cəzasını çəkməyə məcbuq qalan uşaqları geridə qoymuş bir terror qrupu ilə üz-üzəyik? Yoxsa əksəriyyətinə İŞİD-in nəzarət etdiyi, toqquşma bölgəsində doğulub, ailələri ilə birlikdə toqquşmalara gedən məsum uşaqlarla bağlı iki variant arasında qalmışıq?

Geridə qalanların əksəriyyəti zorla silahlandırılmış, aldadılmış və ya sağ qalmaq üçün İŞİD-çi qruplara qoşulmuş oğlan uşaqlarıdır. Bu halda həmin uşaqlar əzilmiş və hüquqları əllərindən alınmış şəxslər kimi qəbul edilib himayə altınamı alınmalıdır?

Mərkəzi Londonda olan “King's” kolleci nəzdində fəaliyyət göstərən Beynəlxalq Radikalizm Araşdırma Mərkəzi (ICSR) tərəfindən yayımlanan son araşdırmaya görə, Suriyaİraqda 80 ölkədən 41 min xarici vətəndaş yaşayır. Bunlardan 4640-ı İŞİD-çilərin geridə qoyduğu 17 yaşdan aşağı oğlan uşaqları, 760-ı isə Suriyaİraq arasında doğulmuş uşaqlardır.

İŞİD üzvlərinin 13%-ni qadınlar təşkil edir. 2018-in iyun ayından etibarən evlərinə qayıdanların isə cəmi 4%-i qadınlardır. Bu uşaqları həm anaları, həm də ataları tərk edərkən, eyni zamanda, cəmiyyətlər də onları damğalayır.

Həmçinin, vətəndaşı olduqları ölkələrin hökumətləri tərəfindən də tərk edilən bu uşaqlar zəruri xidmətlərdən istifadə etmək və ya vətəndaşı olduqları ölkələrə geri dönmək məsələsində çox böyük qanuni, logistik və siyasi çətinliklərlə üzləşirlər.

İŞİD-çilərin uşaqlarından ibarət kiçik qruplar içərisində ən riskli olanlar 12-17 yaş arası uşaqlardır. Bu riskin həm beynəlxalq, həm də regional təhlükəsizlik üçün ikiqat təhlükəli olmasından başqa, həm də bu vəziyyət uşaqların məsumluğu ilə də bağlı deyil. Bəs o zaman bunun mənası nədir?

İŞİD-in qorxunc işlərində istifadə olunurlar

ABŞ-ın “The New York Times” qəzetində bu ilin əvvəlində verilən bir xəbərə görə, İŞİD-çi liderlər bu uşaqlardan “gözətçi” kimi istifadə edir, yəni heç kim balaca uşaqlardan şübhə etməyəcəyi üçün modern ordulardakı kəşfiyyat qrupları kimi terror hücumları keçirmək üçün uşaqlardan istifadə edirlər. Üstəlik, bu qədər ilə də kifayətlənməyib uşaqlardan təşkilat içində casus, xaricdə isə xəfiyyə olaraq istifadə ediblər. Qalan zamanda isə yemək bişirmək üçün aşpaz olurlar.

Lakin ən böyük fəlakət bu uşaqların əsgər və ya intihar terrorçusu olaraq böyüdülmüş olmalarıdır. Burada verməli olduğumuz sual budur: hal-hazırda məzlumlardan ibarət aldadılan bir nəsillə üz-üzəyik, yoxsa gələcəyin potensial qatilləri, terrorçuları ilə?

Təşkilatın propaqanda videolarında İŞİD-çilərin bəzi balaca məhkumların başını kəsdikləri və ya onları vurduqları görünür. Kiçik yaşlıların beyinləri radikal ideologiyalarla yuyularkən, daha böyük uşaqlar hərbi təhsil alırlar.

Beynəlxalq Radikalizm və Siyasi Şiddət Araşdırma Mərkəzinin (ICSR) direktoru professor Pitr Noyman İŞİD-çi ailələr və uşaqlarla bağlı belə deyib:

“Onlar bu vəziyyətin qurbanlarıdır. Çünki onların azad iradələri oğurlanıb. Ən azından bu, onların bir təhlükə mənbəyi olduqları mənasına gəlmir”.

İŞİD-çilərin uşaqları məsələsi olduqca qarışıqdır. Lakin digər bir məsələ isə odur ki, bu uşaqlar təşkilatla bağlı dəqiq heç nə bilmirlər və nə üçün mübarizə apardıqlarını da başa düşmürlər.

Bəs necə İŞİD-çi oldular?

Bütün bunlar nəzərə alındıqda bu uşaqların İŞİD-çilərin düşərgələrinə iki formada gəlmiş olduğunu ortaya çıxır. Birincisi, bu uşaqları atalarından gizli olaraq anaları və yaxud da analarından gizli olaraq ataları gətirmiş ola bilər. Bəlkə, daha da bəxtsiz idilər - ata-anaları terrorçu idi.

Həm ana, həm də ata ailəlikcə “cihad” yolu ilə getməli olduğuna qərar verib və bununla da, müharibə bölgəsinə gətiriblər.

Həmçinin, ata-anaları İraqSuriya ilə qonşu olan ölkələrə səyahət edərkən və ya öz ölkələrindəki dostları vasitəsilə təşkilata üzv olmuş ola bilər və yaxud da internet vasitəsilə təşkilatın üzvləri tərəfindən birbaşa üzvlüyə qəbul edilmiş ola bilərlər. Beləliklə də, valideynlər uşaqları ilə birlikdə təşkilatın sıralarında yer alıblar.

İkinci məsələ isə təşkilat düşərgələrində doğulan körpələrdir. İŞİD sıralarına qoşulan avropalı qadınların təşkilat düşərgələrində evləndikdən sonra dünyaya gətirdikləri körpələr birbaşa olaraq bu təşkilatın üzvü hesab olunublar.

Bu acınacaqlı hekayə bizi bəzi problemlərlə üz-üzə qoyur. Bunlardan birincisi odur ki, xarici ölkələr bu uşaqların və ya valideynlərinin torpaqlarına qayıtmasına icazə verə bilərmi? Yoxsa bütün qapılar onların üzünə həmişəlik bağlanacaq? Bəs belə bir variant varsa, dünya yaxın gələcəkdə terrordan, qandan və şiddətdən başqa heç bir dəyərə sahib olmayan bir nəsillə üz-üzə qalacaq?

Ölkələrin mövqeyi

Digər bir məsələ isə mərhəməti ədalətdən üstün tutan ölkələrin olub olmaması və bu şəxsləri cəmiyyətə qazandıra biləcək proqramların həyata keçirilməsidir. Bu uşaqların və ya valideynlərinin cəmiyyətə yenidən uyğunlaşması mümkün ola bilərmi?

Bu durum ölkədən-ölkəyə dəyişə bilər. Eyni şəkildə bir dövlətin içindəki mövqelər, bir tərəfdən ictimaiyyət, digər tərəfdən sivil cəmiyyətin təzyiqinin yönünə görə dəyişə bilər.

Bu məsələ ilə bağlı bir neçə nümunə vermək olar. Məsələn, Fransanı nümunə çəkmək olar. Suriyada qərblilərin ölkələrinə qəbul etmədiyi xarici mücahidlərlə bağlı problemə çarə axtaran, kürdlərin nəzarətində olan bölgələrdə olan 150-yə qədər Fransa vətəndaşı İŞİD üzvü olan uşaqların bəzilərini almaq istədiyini bildirib.

Almaniya da İŞİD üzvü olan alman vətəndaşlarının uşaqlarının Almaniyaya qayıtması ilə bağlı təhlükəsizlik məsələlərini müzakirə edir.

Almaniyanın daxili kəşfiyyatına rəhbərlik edən Konstitusiya Qoruma Təşkilatının rəhbəri Hanz-Corc Massen məsələ ilə bağlı açıqlama verərkən: “Terrorçuların arasında itib-batan uşaqların geri dönməsini riskli hesab edirik. Müharibə bölgələrində öyrəndiklərini Almaniyaya da gətirə bilərlər”,- deyib.

Belçika Maliyyə naziri Aleksandr De Kro ölkəsinin kürd dövlətinə bağlı olan qaçqın düşərgələrində olan Belçika vətəndaşı İŞİD-çilərin uşaqlarından 12 yaşdan aşağı olan 6 nəfəri geri alacağını bildirib.

Avstraliyaya gəldikdə isə baş nazir Skot Morrison İŞİD üzvü olan avstraliyalı mücahidlərin uşaqlarından 8 nəfərin əl-Hol düşərgəsindən çıxarıldığını bildirib.

Bəs bu qədər kiçik rəqəmlər problemi həll etməyə kifayət edirmi?

UNİCEF keçən həftə BMT İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletin dilindən bütün dünyaya İŞİD-çilərin uşaqlarını və həyat yoldaşlarını geri almaları üçün çağırış edib.

Baçelet həmin çağırışı edərkən bildirib: "İŞİD üzvü olan xarici mücahidlər beynəlxalq standartlara uyğun bir şəkildə mühakimə edilmədikcə öz vətənlərinə geri göndərilməlidirlər. Dövlətlər Suriya müharibəsində iştirak edən vətəndaşlarının məsuliyyətini almalıdır”.

Həmçinin, sözügedən uşaqların İŞİD tərəfindən, xüsusilə cinayət əməlləri törətmək üçün istifadə olunduğunu bildirən Baçelet əlavə edib: “Bu uşaqların hüquqları ciddi şəkildə pozulur”.

Eyni şəkildə bu uşaqların və valideynlərinin əvvəla reabilitasiya və qorunmalarına önəm verilməli olduğunu vurğulayan Komissar Suriyaİraqda İŞİD sıralarında savaşan insanların vətəndaşlıqlarının alınmaması barədə də xəbərdarlıq edib.

İnsanları vətənsiz qoymağın heç bir şəkildə qəbul olunmadığını vurğulayan Baçelet qeyd edib ki, bu cür tədbirlər uşaqlara daha ciddi təsir edir. Çünki bu, onların məktəbə davam etmələrinə və sağlamlıq xidmətlərindən istifadə etmələrinə çox əngəl olur.

UNİCEF-in bir həll çarəsi varmı?

O zaman geridə bircə sual qalır: UNİCEF-in bu uşaqların gələcəyi üçün bir planı və ya həll çarəsi varmı?

UNİCEF ölkələrin İŞİD üzvü olan vətəndaşlarını və ya onların uşaqlarını vətənsiz qalmaqdan qorumaq üçün lazımi sənədləri verməli olduqlarını düşünür.

Bütün dünyaya bu uşaqların öz ölkələrinə etibarlı və şərəfli bir şəkildə geri dönmələrini dəstəkləməsi barədə çağırış edən UNİCEF uşaqların cəmiyyətə qazandırılmaları üçün işlərin başlanmasını və eyni şəkildə nəzarətdə saxlanılan uşaqlar üçün nəzarətdə saxlamağın uyğun bir prosedur olmasından əmin olunmasının vacibliyini vurğulayıb.

Cəzaçəkmə yaşına çatmış və cinayət iş törətməkdə ittiham olunan uşaqlar üçün isə beynəlxalq normalarla qəbul olunmuş məhkəmə standartlarının tətbiqi həyata keçirilməli və bu uşaqlar, həmçinin, zərərçəkmiş kimi qəbul edilməli və cinayətlərin əsl günahkarları olmadıqları nəzərə alınmalıdır.

Hər hansı bir qərar verilərkən uşaqların ölkələrinə geri göndərilmələri, maraqlarının təmin olunması və qərarın beynəlxalq hüquq standartlarına uyğun olub olmamasından əmin olmaq lazımdır. Bütün bunlara əsasən belə bir sual vermək olar ki, həll yolu insani cəhətdən, yoxsa təhlükəsizlik baxımından təmin edilməlidir?

Bəs dünyanın müxtəlif yerindən təhlükəsizlik və kəşfiyyat xidmətləri UNİCEF-in bu məsləhətləri ilə razıdırmı?

Suallar aydındır, lakin cavabları hələ də verilməyib.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az

Etiket: İŞİD Uşaqlar

loading...