Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Abbasov mətbuat konfransı keçirdi

Bir müddət əvvəl Rusiyada saxlanılaraq Azərbaycana deportasiya olunan Fuad Abbasov bu gün Bakıda mətbuat konfransı keçirib və bəzi mətləblərə aydınlıq gətirib

O, deyib ki, Rusiyada saxlanılmasını ermənilər sifariş ediblər. Fuad Abbasov bundan sonrakı fəaliyyəti ilə bağlı da danışıb.

"Mənim Rusiyada saxlanılmağım və deportasiya olunmağım sifarişli idi". Bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Fuad Abbasov bildirib ki, Rusiya hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılması üçün təxribata da əl atıb. Deportasiyasının sifarişçiləri də Rusiyada yaşayan ermənilərdir.

Fuad Abbasov qeyd edib ki, Rusiyadan deportasiya olunmağı ilə bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verib. Əgər şikayət təmin olunarsa və Rusiyada yaşamaq hüququ bərpa edilərsə, heç zaman Rusiyaya qayıtmaq fikrində deyil. Əsas məqsədi haqqının bərpa olunmasıdır. O, həmçnin vurğulayıb ki, bundan sonra da fəaliyyətini jurnalist kimi davam etdirəcək.

Fuad Abbasov Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də deyib.

pia.az


Etiket: Fuad Abbasov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar