Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev belaruslu həmkarını təbrik edib  

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb

Təbrikdə deyilir:

"Hörmətli Aleksandr Qriqoryeviç. Sizi milli bayramınız - Böyük Vətən müharibəsində Belarusun alman faşist işğalçılarından azad edilməsi ilə əlamətdar olan Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Belarus həqiqətən tarixi əhəmiyyətli bu hadisənin 75-ci ildönümünü müstəqilliyin və suverenliyin möhkəmlənməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi və modernləşdirilməsi, dinamik və ardıcıl sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyən, firavanlaşan ölkə kimi qarşılayır.

Bu xoş fürsətdən istifadə edərək, Sizi ən yüksək səviyyədə təşkil olunmuş və bütün idman həvəskarları üçün əsl bayrama çevrilmiş, onlara parlaq çıxışlar və unudulmaz anlar bəxş etmiş II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istəyirəm.

Bu genişmiqyaslı idman bayramı xalqlar və ölkələr arasında sülhün, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradan Olimpiya hərəkatının sarsılmaz prinsiplərinə Belarusun sadiqliyini bir daha əyani şəkildə nümayiş etdirdi.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Belarusun xalqına isə sülh və firavanlıq arzu edirəm".(azərtac)

pia.az


Etiket: Təbrik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar