Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G20 sammiti yeni proseslərə necə təsir edəcək? – Nələrsə dəyişəcəkmi?..

Dünyanın ən böyük 20 iqtisadiyyatını bir yerə toplayan G20 sammitinin yekun bəyannaməsində “mühafizəkarlıq” ifadəsinin işlənməməsi, “sərbəst” və “ədalətli” bir qlobal ticarət siyasətinə olan ehtiyacın vurğulanması xüsusi önəm daşıyır...

Şahap Kavcıoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyul 2019-cu il

Dünya iqtisadiyyatının təxminən 85%-ni, dünya ticarətinin 75%-ni və əhalisinin 2/3-ni təşkil edən, Türkiyənin də üzv olduğu G20 ölkələri liderləri Yaponiyanın Osaka şəhərində görüşüblər.

Görüşdən əvvəl Türkiyədə və dünyada gedən son proseslərin G20-yə mənfi yöndə təsir göstərəcəyi düşünülürdü. Lakin gözlənilənin əksinə olaraq görüşlərdə uzlaşmalar əldə edilib. Təkcə İngiltərə baş naziri Mey ilə Putin arasında olan görüş bir az gərgin keçib. Digər Avropa ölkələrinin təsiri isə çox hiss olunmayıb.

Bu sammit ABŞ-Çin münasibətlərinin gələcəyi və dünya iqtisadiyyatı üçün böyük önəm daşıyırdı. Çünki iki ölkə arasında olan ticarət müharibəsi dünya iqtisadiyyatındakı ən qeyri-müəyyən durum idi.

Sammitdə qeyd olunan məsələlərdən biri də o idi ki, iki ölkə arasındakı ticarət müharibələri çəvçivəsində 300 milyard dollarlıq Çin mallarına qoyulan gömrük vergisi 2020-ci ildə qlobal iqtisadi inkişafın 0,4%-ə qədər azalmasına səbəb ola bilər. Amma yaxşı ki, ABŞ-Çin görüşləri gözləniləndən daha yaxşı keçib. Ən azından əlavə vergi məsələsi hələlik ertələnib və tərəflər razılığa çox yaxın olduqlarını bildiriblər. Tramp görüşün çox yaxşı keçdiyini və müzakirələrin davam edəcəyini qeyd edib. Çin dövlət mediası da iki tərəfin müzakirələrə davam etdiyini və ABŞ-ın hal-hazırda Çinə qarşı əlavə tarifə getməyəcəyini qeyd edib.

Türkiyə üçün isə gözləntilər daha fərqli idi. İclasın İstanbul seçkilərindən dərhal sonra keçirilməsi və Avropa mediasında yayılan mənfi hava ilə də birlikdə, iclasın Türkiyə və Ərdoğan üçün daha da çətin keçməsi gözlənilirdi. Çünki G20 zirvəsi Türkiyə baxımından xüsusi bir önəm daşıyırdı. Ərdoğan-Tramp görüşündə S-400-lərin aqibəti və sanksiyaların müzakirə olunacağı gölənilirdi.

Gözləntilər bu yöndə ikən və Prezidentimiz G20-yə gedərkən S-400-lə bağlı konkret bir açıqlama verib. Ərdoğanın zirvə başlayan zaman, xüsusilə də, Makronla olan görüşdə verdiyi cavab, Trampla səmimi davranması və özündən əmin davranışları G20-yə damğasını vurub. Xüsusilə də, Trampın S-400-lər məsələsində Obama adminstrasiyasını günahlandırması başlı-başına Ərdoğanın uğurudur. Trampın səmimi davranışları ABŞ-Türkiyə münasibətlərində yaranan böhranların həll oluna biləcəyini göstərib.

S-400 məsələsi ilə bağlı sanksiyaların gündəmdən düşməsi iki ölkə arasındakı münasibətlərin düzəlməsinə səbəb olub. Bundan sonra isə prezident Ərdoğan iki ölkənin Müdafiə sənayesinə qarşı atılmış ortaq addımların çox önəmli olduğunu vurğulayıb. Həmçinin, qeyd edib ki, hər iki ölkənin strateji cəhətdən ortaq olması bir çox məsələdə faydalı olacaq.

İki günlük zirvə görüşündə aktual olan məsələlərdən biri də qlobal iqtisadiyyatdakı əsas risklərin ortadan qaldırılmasına yönəlmiş addımlar idi. Bu mənada ticarətdən doğan riskləri vurğulayan G20 ölkəsi liderləri ticarət gərginlikləri və bu gərginliklərin iqtisadiyyat üzərində yaratdığı riskə görə narahat olduqlarını qeyd ediblər.

Bu narahatlıqların yaranmasında dünyanın 2 böyük iqtisadiyyatı arasındakı ticarət gərginliyinin mənfi təsirlərini qiymətləndirən kredit dərəcələndirmə quruluşu “Fitch”-in hesabatı da effektiv olub. “Fitch”-in hesabatına görə, Çinin artım nisbətinin 2020-ci ildə 0,6%, ABŞ-ın artım nisbətinin isə 0,4% geriləməsi gözlənilir. Həmçinin, eyni hesabatda qlobal inkişafın bu il 2,7%, gələn il isə 2,4% geriləməsi gözlənilir.

Başqa bir beynəlxalq kredit dərəcələndirmə quruluşu olan “Standart&Poor's” isə avro bölgəsinin qlobal ticarətdəki geriləməsinin təsirlərini hiss etməyə başladığını bildirib. Avro bölgəsinin bu il 1,1%, gələn il isə 1,3% nisbətində, az inkişafda olacağı gözlənilir.

Bütün bu xəbərlərin fonunda G-20-də iştirak edən bütün ölkələrin bu məsələdəki həssaslığı yekun nəticələrə də öz təsirini göstərib. G20 liderləri qlobal böyümənin davam etdirilməsində razılığa gəliblər.

Digər bir məsələ isə Səudiyyə Ərəbistanı ilə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və OPEC-dən başqa bəzi ölkələr arasında neft istehsalına qənaət edilməsi ilə bağlı razılaşmanın uzadılıb uzadılmaması məsələsi idi. Putin ilə Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd ibn Salman apardıqları görüşdə OPEC razılaşmasının indiki halı ilə uzadılması barədə razılığa gəliblər. RusiyaSəudiyyə Ərəbistanı razılaşmanın 6 ay, hətta 9 ay uzadılmasını təklif edəcəklərini bildiriblər.

Fransaya gəldikdə isə prezident Makron yekun bildirişdə Paris müqaviləsinin vurğulanmasını tələb etsə də, iqlim dəyişikliyi məsələsində G20 ölkələri arasında böyük fikir ayrılıqları vardı. Lakin bu məsələdə də liderlərin ortaq məxrəcə gəldiyini deyə bilərik.

İki gün davam edən sammitin ardından bütün G20 üzvləri tərəfindən imzalanan 43 maddəlik bir yekun bildirişi yayımlanıb. G-20-də böyük nəticələr verəcək qərarlar alınmadığı kimi, həmçinin, bütün iştirakçılar qlobal ticarətin inkişafından nə dərəcədə asılı olduqlarını müəyyən ediblər.

Dünyanın ən böyük 20 iqtisadiyyatını bir yerə toplayan G20 sammitinin yekun bəyannaməsində “mühafizəkarlıq” ifadəsinin işlənməməsi, “sərbəst” və “ədalətli” bir qlobal ticarət siyasətinə olan ehtiyacın vurğulanması isə xüsusi önəm daşıyır.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar