Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Navalnı yenidən həbs edildi

Moskva şəhərinin Xoroşevski rayon məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnını ictimai tədbirdə iştirak qaydasını təkrar pozduğuna görə 10 sutkalıq həbs edib

PİA.AZ Azadlıq radiosuna istinadən xəbər verir ki, ittiham tərəfinin versiyasına görə, iyunun 12-də polis tərəfindən şərlənmiş jurnalist İvan Qolunova dəstək yürüşü zamanı Navalnı küçənin bağlanmasında iştirak edib, habelə siyasi şüarlar səsləndirib.

Burası da var ki, ötən həftə Xoroşevski məhkəməsi işə baxılmasına mane olan çatışmazlıqların aradan qaldırılması üçün Navalnı barədə işi Strogino rayonunun polis şöbəsinə qaytarıb.

Korrupsiya ilə Mübarizə Fondu isə bildirir ki, iyulun 1-də keçirilən məhkəmədə polis Navalnının təqsirini sübut etmək məqsıdilə foto və video nümayiş etdirib. Bu materiallarda Navalnı görünmür. Bundan başqa, polis müttəhimin küçəni bağladığına dair raportu təqdim edib, halbuki, Navalnı bu küçədə ümumiyyətlə olmayıb.

Siyasətçi öz həbsini Moskva Şəhər Dumasına müxalifətçi namizədlərin irəli sürülməsi kampaniyasındakı fəallığı ilə əlaqələndirir. Seçki sentyabrın 8-də olacaq.

Navalnı fondu qərargahının fəalları demək olar ki, hər gün həbslərə məruz qalsalar da, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri üçün bu, 2019-da ilk həbs olub.

İndiyədək Navalnı inzibati xətalarla bağlı 12 dəfə həbs olunub və təcridxanalarda 200 gündən çox saxlanıb.

İyunun 12-də Qolunova dəstək yürüşündə polis ümumilikdə 500-dək etirazçını saxlayıb. Polis aksiyanı dağıtmaq üçün zordan istifadə edib.

İyulun 1-də Navalnı Moskva Şəhər Duması sədrinin hakim Vahid Rusiya partiyasından olan müavini Andrey Metelskı və ailəsinin 6 milyard rublluq daşınmaz əmlaka sahib olduğunu iddia edən yeni təhqiqatını dərc edib.

Navalnının araşdırmasına görə, Metelskı ailəsi 2007-ci ildən bəri Avstriyada 4 mehmanxana alıb. Bütün bunlar Moskva Duması sədrinin anası Eldebitta Metelskayanın adına qeydiyyatdan keçirilib.

Hesabatda bu da deyilirdi ki, Vahid Rusiya partiyasından olan Metelski ailəsinin Moskvada bir neçə elitar mənzili və dəbdəbəli Rublyovka qəsəbəsində iki daçası var.

Bundan başqa Metelskiyə aid şirkətin Moskvada Paveletsk vağzalı yaxınlığında və Lefotovo rayonunda bahalı yaşayış komplekslərinin tikintisi ilə məşğul olduğu bildirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar