Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Huawei-ə ABŞ məhkəmələrinə müraciət qadağan oluna bilər

Amerikalı senator və respublikaçı Marco Rubio "Dövlət müdafiəsinə icazə qanunu"-na dəyişikliyin edilməsi sorğusunu göndərib

Yeni düzəliş Huawei şirkətinə onun patentlərindən istifadəyə görə lisenziya ödənişlərinin edilməməsi özəlliyini özündə daşıyır. Bu barədə Reuters saytına istinadən Gagadget saytı xəbər verib. Lisenziya ödənişlərinin edilməsi üzrə məsələ Huawei şirkəti ilə ABŞ-ın Verizon mobil operatoru arasındakı konfliktdən sonra aktual oldu.

PİA.az technote.az-a istinadən bildirir ki, Huawei şirkəti şəbəkə təchizatı, strukturu və internet texnologiyaları sahəsində istifadə edilmiş patentlərə görə Verizon şirkətindən 1 milyard dollar ödəniş tələb edir. Verizon şirkəti də ABŞ hökumətinə müraciət edəndən sonra senator Marco Rubio Huawei şirkətinin bu tələbini əsassız adlandırıb və xəbərin əvvəlində olan düzəlişin baxılmasını təklif edib. Bu düzəliş isə öz növbəsində Huawei şirkətinin təzminat tələbi məsələlərində ABŞ məhkəmələrinə ümumiyyətlə müraciətini sonlandıra bilər.

Şirkətin hüquq məsləhətçisi Song Liuping isə qeyd edib ki, intellektual mülkiyyət hüququ siyasiləşdirilməməlidir. O həmçinin qeyd edib ki, 2015-ci ildə şirkət lisenziyalaşdırmadan 1.4 milyard dollar gəlir əldə edib. Lakin bununla yanaşı o, digər şirkətlərin patentlərinə 6 milyard dollardan çox vəsait xərcləyib. "Biz sadəcə olaraq inanmırıq ki, Marco Rubio-nu təqdim etdiyi düzəliş qanun kimi qəbul edilsin. Biz əsas gəlir mənbəyi royalti olan şirkət olmaq niyyətində deyilik" - deyə hüquq məsləhətçisi bildirib.

pia.az


Etiket: Huawei

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar