Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Saatı oğurlanan kimin övladıdırsa, ortaya çıxsın” – YAP-çı deputat

İspaniyanın İbitsa kurort adasında Azərbaycandan olan bir gəncin 1.2 milyon avroluq saatının oğurlanması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan iddialar indi ölkədə ən çox müzakirə edilən mövzulardan birinə çevirilib

Həmin gəncin məmur övladı olması haqqında iddalar Azərbaycanda korrupsiya ilə bağlı mübarizənin necə aparıldığını, eyni zamanda, gəlir və əmlak deklarasiyası kimi məsələləri yenidən gündəmə gətirib.

PİA.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Musa Quliyev (Musa Urud) "Turan” İnformasiya Agentliyi-nə açıqlamasında ölkədə korrupsiya ilə mübarizə aparıldığını və müsbət nəticələrinin olduğunu hesab edir.

Onun fikrincə, qəbul olunan dövlət proqramı, qanunvericilik sahəsində atılan addımlar və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin varlığı hər kəsə məlumdur:

"Bütün bunlar korrupsiyanın ildən-ilə azaldığını göstərir. Eyni zamanda, dövlətin gördüyü iqtisadi tədbirlər, idarəetmənin elektronlaşması da korrupsiya, rüşvətxorluq və süründürməçiliyi azaldan addımlardandır. ASAN-Xidmətin, DOST mərkəzin yaranması, vergi ilə bağlı "bir pəncərə” sistemi, sahibkarlığa yardımla bağlı işlərin görülməsi korrupsiyanın dairəsini xeyli daraldır. Amma bu mübarizə həmişə getməlidir və ictimaiyyətə də nəticəsi elan olunmalıdır”.

Deputat bildirib ki, gəlir deklarasiyasnı həm onlar, həm də məmurlar verməlidir. Bu, pozitiv addımlardan biri olar.

Musa Quliyevin sözlərinə görə, 1,2 milyon avroluq saat istifadə edən şəxsin kimliyi məlum olmadan konkret fikir söyləmək çətindir:

"Bir gündə 3 nəfərin adı çəkildi, artıq ikisi təkzib etdi, məlumat yalan çıxdı. Sabah deyəcəklər ki, deputat Musa Urudun ( Musa Quliyev özünü nəzərdə tutur-red) oğludur, onda düz olmur axı. Azərbaycanda təqsirsizlik prezumpiyası var, əgər rəsmi orqanlar deyilənləri təsdiqləmirsə, heç kəsə böhtan ata bilmərik. Yaxud həmin adam hər hansı məmur övladıdrısa, ortaya çıxsın, bəlkə məmur oğlunun biznesi var və bunun vasitəsilə qazanıb, ona heç nə demək olmaz. Bəli, dövlət qulluqçusu, deputat yalnız işi ilə məşğul olmalıdır. Amma ailəsinin bizneslə məşğul olmasına heç kəs qadağa qoya bilməz. Yaxud məmur, deputat olana qədər biznesi olubsa, bunları ondan almaq olmaz. Bütün hallarda şəffaflıq getməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar