Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı məmurları kütləvi istefaya göndərir - Açıqlama

Göyçay Rayon İcra Hakimiyyəti idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərinin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı yayılan məlumatlara münasibət bildirib

PİA.az xəbər verir ki, Göyçay İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova “Report”a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Həmin ərizələrin yayılmasından xəbərimiz var, oxumuşuq. Bu məlumatlar hamısı tam absurd və yalandır. Həmin ərizələr imzalarla birlikdə saxtalaşdırılıb. Ərizələrdə adları qeyd olunan işçilər özləri də təəccüb içindədirlər. Çünki ərizələrdəki xətt və imzalar adları qeyd olunan şəxslərə aid deyil. Həmin şəxslərin hamısı öz işlərinin başındadır”.

İcra başçısının müavini qeyd edib ki, yayılan ərizələrdə adları qeyd olunan Göyçay rayonundakı idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər:

“Amma bununla bağlı Göyçay Rayon İcra Hakimiyyətində araşdırma aparılmayacaq. Biz oturub rahat şəkildə işlərimizi görürük. Bizə belə bir tapşırıq verilmədiyi üçün araşdırma aparmaq niyyətində deyilik. Adları ərizələrdə qeyd olunan işçilər özləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Göyçay rayonunda idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərindən ibarət ümumilikdə 61 nəfərin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı məlumatlar yayılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Ən çox oxunanalar