Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: "Dağlıq Qarabağa səfər edən əcnəbilərə münasibətdə mövqeyimiz bəllidir"

“Azərbaycan hökumətinin razılığı olmadan onun beynəlxalq tanınmış ərazilərinə, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edən əcnəbilərə münasibətdə mövqeyimiz bəllidir”.

PİA.az xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.

O qeyd edib ki, Azərbaycanın qanunvericiliyini və beynəlxalq hüququn prinsiplərini pozaraq ölkəmizə qanunsuz səfər edən əcnəbilər ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına daxil edilir.

Qeyd edək ki, bu günlərdə Ermənistan mətbuatında avqustun 6-da işğal altında olan Xankəndi şəhərində Ümumdünya panerməni oyunlarının açılış mərasiminin keçiriləcəyi və bu oyunlara bir neçə dövlətdən, o cümlədən də İrandan 200-dən artıq idmançının qatılacağı ilə bağlı xəbərlər yayılıb. Artıq İranın Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirib. Səfirliyin məlumatında deyilir ki, onlarda Azərbaycanın işğal olunmuş ərazilərində Ümumdünya panerməni oyunlarının keçirilməsi haqda etibarlı məlumatlar yoxdur. İran İslam Respublikasında aidiyyəti orqanlar bu xəbəri təsdiq etməyərək bildirirlər ki, İran dövləti bu addımdan xəbərdar deyil və onu dəstəkləmir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar