Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran: Azərbaycanlı fəal Kazım Səfabəxşə 13 il həbs cəzası verilib

İranda azərbaycanlı fəal Kazım Səfabəxş, bir neçə ittihamla bağlı maddələr üzrə 13 il müddətinə azadlıqdan məhrum edilib, mətbuat bildirir

Tehranda yer alan məhkəmədən sonra o, Evin həbsxanasına göndərilib.

İranda azərbaycanlıların vəziyyətini izləyən günaz.tv saytı xəbər verir ki, iyunun 24-də başa çatan prosesdə azərbaycanlı fəala maksimum sərt cəza verilib.

Bəs görəsən məhkəmə niyə belə sərt cəzanı seçib, buna səbəb nədir?

"Əsas səbəb bu fəalın kritik kütlə səfərbər etmək potensialıdır", - ABŞ-ın Seattle şəhərindəki Washington Universitetində sosiologiya bölməsinin doktoranturasında oxuyan, əslən iranlı Ramin Cabbarlı bildirir.

BBC News Azərbaycancaya danışan cənab Cabbarlının sözlərinə görə, Kazım Səfabəxş azərbaycanlıların dəstəklədiyi Traktor komandası azarkeşlərinin lideri kimi tanınsa da, onun fəaliyyətinə başqa cür də baxmaq olar.

"Onu yalnız azarkeşlərin lideri kimi görmək düzgün deyil, o, həm də fəaldır. Onu əlində Qarabağ posterlərilə görmək olar. Hakimiyyət onu müxtəlif şəhərlərdə azərbaycanlıları təşkilatlandıra biləcək hədə kimi görə bilər".

Kazım Səfabəxşə "Bölücü qrupu yaratmaq və idarə etmək", "ictimaiyyəti təşvişə salmaq" və "sistemin əleyhinə təbliğat aparmaq" maddələrilə bağlı ittihamlar təqdim olunub.

Məhkəmədə göstərilən dəlillər arasında fəalın Tehran Kitab Sərgisinə qatılması, "Haray Haray mən türkəm" plakatı ilə şəkil çəkdirməsi və Səttarxanın məzarını ziyarət etməsi qeyd olunub, günaz.tv bildirir.

Azərbaycanlılar İranda ən böyük etnik azlıqdır və hər il ana dilində təhsil və digər mədəni hüquqlarını tələb edən fəalların həbsi barədə məlumat verilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar