Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Ağayev: Finalda dörd dəfə qalib gəldiyim rəqibə uduzdum

75 kq çəki dərəcəsində çıxış edən 34 yaşlı idmançı finalda uduzmasının səbəblərindən danışıb

Digəri ilə müqayisədə, yer aldığım qrup güclü idi. Türkiyəli Erman Eltemur və macarıstanlı Qabor Harspataki ilə ardıcıl iki il finalda olmuşuq. Digər rəqibim - britaniyalı Co Kellaveyi yeni idmançıdır. Onunla bir qədər çətin oldu. Qrupdan birinci yerlə çıxdım.

Bunları “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan millisinin karateçisi Rafael Ağayev Oxu.Az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

75 kq çəki dərəcəsində çıxış edən 34 yaşlı idmançı finalda uduzmasının səbəblərindən danışıb:

“Yarımfinalda qarşılaşdığım estoniyalı Pavel Artamonov da gəncdir, onun döyüşlərini izləməmişdim. Hesabda geri düşsəm də, qələbə qazandım. Finalda isə indiyə qədər dörd dəfə qalib gəldiyim ukraynalı Stanislav Horuna ilə qarşılaşdım.

Səhv etmirəmsə, ona bir və ya iki dəfə uduzmuşam. Başlanğıcda iki xallıq zərbə vurdum. Ancaq hakimlər saymadı. Bunu bəhanə etmirəm. Ardınca bir xal geri düşdüm. Sonra isə başıma üç xallıq zərbə buraxdım. İkinci yeri tutdum. Nədənsə bu il məndə heç gətirmir. Hələlik qızıl medalım yoxdur”.

Ağayevin sözlərinə görə, Yay Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra karatedə rəqabət artıb:

“Buraya qızıl medal üçün gəlmişdim. Bunu bəhanə kimi demirəm - bu, yarışa cəmi dörd gün ərzində hazırlaşmışam. Çünki Türkiyədə lisenziya yarışında 5-ci döyüşümdə zədə almışdım. Heç həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi.

25 gün ərzində iynə-dərman və toplardan istifadə edərək ayağa qalxdım. Cəmi üç gün məşq edib, buraya gəlmişdim. Özümə inam vardı, alınmadı. Bu il tilsimi qıra bilmirəm. Gələn yarışlara yaxşı hazırlaşmaq lazımdır.

Uduzmağımın digər səbəbi yorğunluqdur. Bu yarışla birgə keçən ildən indiyə qədər 86 döyüş keçirmişəm. Bu, normadan çoxdur. Başqa idman növlərində 20-25 döyüş olur. İki ay fasiləmiz var, dincələcəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına düşmək və qızıl medal götürməkdir”.

Əfsanəvi karateçi II Avropa Oyunlarında medal qazanan bütün Azərbaycan idmançılarını təbrik edib:

“Karateçilər olaraq daha çox qızıl medal qazana bilərdik. Özümdən və Firdovsi Fərzəliyevdən də qızıl medal gözləyirdim. Amma alınmadı. Rafiz Həsənov məşqlərdə ən yaxşılardan idi. Sadəcə olaraq, aura onu sıxdı. Başda sərbəst güləşçimiz Hacı Əliyev olmaqla, medal götürən bütün idmançılarımızı təbrik edirəm.

O, 26 iyunda - Silahlı Qüvvələr Günü çempion oldu və qızıl medalını əsgərlərimizə həsr etdi. Mən də istəyirdim ki, qələbəmi həmin əsgərlərimizi dünyaya gətirən, böyüdən analara həsr edim. Qismət olmadı. Gümüş də olsa, medalsız qayıtmıram”.

pia.az


Etiket: Rafael Ağayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar