Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad Rəhimov: "Avropa Oyunlarının səviyyəsi heç də aşağı düşməyib"

"Çox sevinirik ki, bu Oyunların startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir"

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun "Minsk 2019" II Avropa Oyunları ilə əlaqədar "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan artıq 26-cı medalı qazanıb. Ölkə idmançılarının çıxışlarını necə qiymətləndirirsiniz?

- Medal baxımından çox razıyam. Cüdoçularımızın Azərbaycana qızıl medallarla qayıdacağına böyük ümid bəsləyirdik. Təəssüf ki, bu, alınmadı. Düşünürəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına çox ciddi yanaşmaq, cüdoçuların hazırlığı üçün bütün imkanları səfərbər etmək lazımdır. Çünki yüksək səviyyəli və böyük potensiala malik komandamız var. Təəssüf ki, cüdoçular hər dəfə bu potensialdan istifadə edə bilmirlər.

Güləşçilərimiz həmişəki kimi, bizi sevindirirlər. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin potensialı böyükdür. Bundan başqa, yeni boksçularımız özlərini göstəriblər. Yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. Məşqlərə ciddi yanaşmaq lazımdır. Çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına cəmi bir il vaxt qalıb. O ki qaldı digər idman növlərinə, sambo olimpiya növü olmasa da, kütləvilik böyükdür. Hesab edirəm ki, sambonun yaxşı inkişaf dövrü yaşaması üçün dövlət, sponsorlar tərəfindən böyük dəstək olmalıdır.

Açılışda iştirak etdiniz, həmçinin bir neçə yarışı izlədiniz. Təşkilatçılıq, tamaşaçı marağı baxımından II Avropa Oyunları ümumilikdə sizdə necə təəssürat yaratdı?

- Yarışın Minskdə keçirilməsinə baxmayaraq, şəxsən mən belə yüksək səviyyəli təşkilatçılıq gözləmirdim. Koordinasiya Komitəsinin üzvü kimi, burada 3 dəfə iclasda olmuşam, bütün proseslərdə iştirak etmişəm. Hazırlıq işlərini görürdüm. Bizim azərbaycanlı mütəxəssislər də burada çalışırlar. Bu gün idman qurğularının, oradakı tərtibat işlərinin, medalların təltifetmə mərasiminin, könüllülərin çalışqanlığının yüksək səviyyədə olduğunu deyə bilərəm. II Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarış heç də aşağı düşməyib. Bu, onun təsdiqidir ki, Avropa Oyunları davam etdirilməlidir. Şadıq ki, bir neçə gün əvvəl Polşanın Krakov şəhəri III Avropa Oyunlarının paytaxtı elan edildi. Çox sevinirik ki, bunun startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir. Minsk şəhərini, Təşkilat Komitəsini, Belarus Milli və Avropa Olimpiya Komitələri ürəkdən təbrik edirəm.

Bu gün bağlanış mərasimində Azərbaycan sizdən başqa kimlərlə təmsil olunacaq?

İdmançılarımızın çoxu Vətənə qayıdıb. Son olaraq sərbəst güləşçilərimiz də qayıtdılar. Hazırda yunan-Roma güləşçilərimiz, boksçularımız, karateçilərimiz, həmçinin velosiped və gimastikadan 2 nəfər bizimlədirlər. Onlar bağlanış mərasimində iştirak edəcəklər. Rəsmi səviyyədə isə dövlət tərəfindən bu iş mənə həvalə edilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də mənimlə bir yerdə olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar