Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“200 milyard dollarlıq sərvəti var…” – “ABŞ sanksiyaları Xameneini də əhatə edəcək”

Xəbər verildiyi kimi bu günlərdə ABŞ İrana qarşı növbəti sanksiyalar paketini qəbul edib və bu sanksiyalar ilk dəfə Ali dini lider ayətullah Xameneini də əhatə edəcək

Belə görünür ki, Ali dini liderin hədəfə alınması Tehranda daha çox narahatlıq doğurub. Çünki Xamenei yüz milyardlarla dollarlıq aktivlərə nəzarət edir və sanksiyalar onun xaricdəki aktivlərini, bank hesablarını iflic edə bilər.

ABŞ-da yaşayan və milliyətcə azərbaycanlı olan müxalif iranlı jurnalist Əhməd Haşimi “Amerikanın səsi”nə müsahibəsində deyib ki, Ali dini liderin də hədəfə alındığı son sanksiyalar Tehran rejimi üçün ciddi zərbədir.

“Bilirik ki, Xamenei bölgədə ən zəngin adamlardan biridir. Nə qədər özünü şəxsi həyatında çox sadə göstərsə, ictimaiyyət arasında sadə geyimdə çıxsa da biz bilirik ki, İranda şəffaflıq yoxdur, amma fərqli təxminlərə görə, xüsusilə də “Reuters” xəbər agentliyinin bir hesabatına görə, əslində onun 200 milyard dollarlıq sərvəti var. Bu belə hesablanıb ki, onun nəzarətində olan və heç kəsə hesabatlı olmayan müəssisələr, qurumlar var. 20-yə qədər qurum və təşkilat var ki, birbaşa Xameneyinin nəzarəti altındadır və bütün zənginliklər onun nəzarəti altındadır”, - Haşimi deyib.

Əhməd Haşimi İranın ali dini rəhbərinin hesablarındakı maliyyənin müxtəlif mənbələri olduğunu bildirib.

“Amma Xameneyinin sərvətinin qaynaqları sadəcə bununla məhdudlaşmır. Çox fərqli 20 təşkilat var və onlar iqtisadiyyatda fəaldır, ticarətdə, alış-verişdə. Biz bilirik ki, İran iqtisadiyyatının demək olar ki, 95 faizi dövlətə və dövlətə bağlı qurumlara məxsusdur. Buna görə də bütün bu maliyyə tranzaksiyaları birbaşa, ya da dolayısı ilə Xameneyinin gəlirlərini təşkil edir”, – o deyib.

Əhməd Haşimi ABŞ-ın son sanksiyalarının İranın onsuz da tənəzzüldə olan iqtisadiyyatının daha da zəifləməsinə və bunun nəticəsində Tehran rejiminin “süquta uğramasına səbəb ola biləcəyini” bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar