Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA “qızıl asteroid”ə kosmik missiya göndərəcək

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Mars və Yupiter planetlərinin arasında yerləşən “qızıl asteroid”i tədqiq edəcək

Sahəsi 225,3 kilometr olan bu göy cismi qiymətli ağır metallarla zəngindir. Psixeya adlanan bu asteroidə kosmik missiya göndərilməsi 2022-ci ilin avqustuna nəzərdə tutulub. Planetşünas ekspertlərin qənaətinə görə, bu göy cismində olan qızıl və digər qiymətli metallar Yer kürəsində bütün insanları varlı etmək üçün yetərlidir. Lakin NASA-dan bildiriblər ki, agentlik bu missiyanı gəlir əldə etmək üçün deyil, sırf elmi məqsədlərlə tədqiq edəcək.

Astronomlar qeyd edirlər ki, çəkisi Yerin təbii peyki olan Aydan cəmi 1 faiz az olan asteroid platin, dəmir, nikel və qızıl kimi qiymətli metallarla zəngindir. Onların ümumi dəyəri təqribən 700 kvintilyondur. Britaniyalı iqtisadçıların hesablamalarına görə, əgər bu qədər sərvət Yerə gətirilsə və dünya əhalisi arasında bərabər bölünsə, o zaman 7 milyard insanın hamısı milyarder ola bilər. Lakin təəssüf doğuran odur ki, bu, iqtisadi cəhətdən mümkün deyil. Dünya iqtisadiyyatı ümumilikdə 59,9 funt sterlinq dəyərindədir və bu miqdarda qiymətli metalların Yerə daşınmasını qəbul etmək iqtidarında deyil.

Böyük Britaniyadakı Asteroid Mədən Şirkətinin rəhbəri Mitç Hanter BBC te3lekanlına müsahibəsində bildirib ki, göy cisimlərində qiymətli metalların Yerə gətirilməsi yeni iqtisadi bum yarada bilər. Onun sözlərinə görə, əvvəlcə bunun üçün müvafiq infrastruktur yaradılmalıdır.

NASA-nın kosmik missiyası asteroidin olduğu orbitdə 21 ay qalacaq və asteroidin səthinə enərək tədqiqatlar aparacaq.(AZƏRTAC)

pia.az


Etiket: NASA

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar