Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyev Avropada daha bir mühüm görüş keçirdi

Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyalarında iştirak etmək məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüssel şəhərində səfərdədir

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, komitənin aidiyyəti qurumlarının nümayəndələri də təmsil olunurlar.

İclas çərçivəsində iyunun 29-da Dövlət Gömrük Komitəsinin sədri Səfər MehdiyevAvropa Komissiyası Vergi və Gömrük İttifaqının Beynəlxalq və Ümumi İşlər üzrə direktoru, xanım Sabina Henzler arasında görüş keçirilib. Görüşdə 2019-cu ilin 25-26 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında Azərbaycan gömrüyünün qurumun Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycanın sədr müavinliyi müddətində Avropa Regionuna daxil olan bütün dövlətlərin maraqlarını əks etdirən məsələlərin müəyyən edilməsi, iki il ərzində əməkdaşlıq çərçivəsində gömrük məsələləri üzrə əsas prioritetlər, elektron ticarətin, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin olunması istiqamətində konstruktiv müzakirələr aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gömrük sistemində aparılan islahatlardan, bu islahatlar hesabına şəffaflığın təmin olunmasından, yeni texnologiyalar və innovativ layihələr hesabına gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsindən bəhs edib, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında səmərəli və işgüzar münasibətlər qurulduğunu, gömrük orqanlarının da bu münasibətlərin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Dövlət Gömrük Komitəsinin ÜGT-nin Avropa Regionuna rəhbərlik edəcəyi müddətdə region daxilində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirən Səfər Mehdiyev bütün dövlətlərin maraqlarının və ehtiyaclarının təmin olunması istiqamətində addımların atılacağını vurğulayıb.

Komitə sədri iki illik dönəmdə Azərbaycan gömrüyünün bölgənin bütün ölkələrinin konsolidasiya olunmuş regional maraqlarının ÜGT Şurası və digər qurumlarda effektiv təmsil olunması istiqamətində səylərin artırılacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, DGK sədri bundan əvvəl Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Kunio Mikuriya ilə görüşmüşdü.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar