Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsbət dəyişiklik yarana bilər” – ATƏT sədrindən Qarabağ açıqlaması

Slovakiyanın xarici işlər naziri, ATƏT sədri Miroslav Layçak Azərbaycan və Ermənistan arasındakı əsirlərin dəyişdirilməsi barədə açıqlama verib

ATƏT-in dönəm sədri tərəflərin bu addımından məmnun qaldığını bildirib.

Layçak bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ) ilə müzakirə etdiyini bildirib.

Müzakirədə ATƏT sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Layçaka görə, münaqişə tərəflərinin bu addımı Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə müsbət dəyişiklik yarada bilər.

O, münaqişənin həllində Minsk prosesinə, həmsədrlərin gərginliyi azaltma cəhdlərinə, müzakirələrin davamiyyətinə, münaqişə tərəfləri arasında sülh mühiti yaratma cəhdlərinə dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, dünən Ermənistanda əsir saxlanılan Azərbaycan vətəndaşı Elvin İbrahimov Azərbaycanda əsirlikdə olan Ermənistan vətəndaşı Zaven Karapetyanla dəyişdirilib. (Teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar