Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar niyə kütləvi şəkildə xaricdə əmlak alır? - Araşdırma

Son illər Azərbaycan vətəndaşlarının xarici ölkələrin, o cümlədən qonşu Türkiyə və Gürcüstanın daşınmaz əmlak bazarında fəallığı hiss olunur

PİA.az bildirir ki, “Report”un araşdırması nəticəsində məlum olub ki, həmvətənlərimiz kütləvi şəkildə hər iki ölkədə mənzillər, fərdi evlər, torpaq sahələri və kommersiya obyektləri alır.

Məsələn, bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 460 daşınmaz əmlaka, əsasən mənzillərə sahib olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40% çoxdur. Rəqəmləri Türkiyənin Statistika İdarəsi açıqlayıb.

Təkcə, 2019-cu ilin may ayında isə Türkiyədə azərbaycanlıların mülkiyyətinə 90 mənzil keçib. Bu isə 2018-ci ilin may ayına nisbətən 20% çoxdur.

Türkiyədə əmlak sahibi olan Azərbaycan vətəndaşlarının sayı dəqiq açıqlanmasa da, Gürcüstanda bu rəqəm 2017-ci ilin əvvəlinə 1700-yə yaxın olub.

Bu, Gürcüstanın Miqrasiya məsələləri üzrə hökumət komissiyasının 2012-2016-cı illəri əhatə edən son hesabatı əsasında müəyyən edilib.

Sənədə əsasən, ölkədə əcnəbilərin mülkiyyətində olan 34 024 daşınmaz əmlakın 4,9%-i və yaxud 1 678-i azərbaycanlılara məxsusdur. Bunun isə 1133-ü kənd təsərrüfatı torpağı, 126-sı qeyri-kənd təsərrüfatı torpağı, 419-u isə mənzil və yaxud yaşayış evidir.

Baş ofisi Gürcüstanda yerləşən “York Towers Developments” beynəlxalq şirkətinin Əmlak üzrə məsləhətçisi Ahmed Amin “Report”a bildirib ki, “Azərbaycan vətəndaşları Tbilisidə mənzil əldə etməyə böyük maraq göstərirlər: “Bu maraq getdikcə daha da artır”.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Tbilisidə daha çox investisiya qoymaq məqsədilə mənzil alırlar.

O deyib ki, şirkət 2016-cı ildən fəaliyyət göstərir və Tbilisidə artıq 3 yaşayış kompleksi layihəsini başa çatdırıb: “Hazırda Tbilisidə digər bir böyük layihənin tikintisi davam edir və işlər 2 ildən sonra yekunkaşacaq. Bu layihəyə də Azərbaycan vətəndaşları böyük maraq göstərir. Gürcüstan qanunvericiliyinə görə əcnəbi vətəndaş çox asanlıqla ölkədə mənzil əldə edə bilir”.

Gürcüstanda fəaliyyət göstərən “Red-Co” daşınmaz əmlak şirkətinin marketinq meneceri Katya Absandze isə deyir ki, Azərbaycan vətəndaşları adətən Batumi və Qudauri kimi turizm mərkəzlərində inşa edilmiş binalardan mənzillər alırlar: “Azərbaycan vətəndaşlarının fəallığı ilin bütün mövsümlərində müşahidə edilir, alıcılar əsasən fiziki şəxslərdir”.

Bəs azərbaycanlar niyə kütləvi şəkildə xaricdə əmlak alır?

Bununla bağlı “Report”a MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov açıqlama verib. Onun fikrincə, Azərbaycan vətəndaşları “sadəcə xaricdə evim olsun” deyə qonşu ölkələrin daşınmaz əmlak bazarına pul yatırmırlar: “Məsələn, vətəndaşlarımız həm istirahət etmək, həm də təhsil almaq üçün daha çox Türkiyəyə gedir. Bunun üçün onlara yaşayış yeri lazımdır və hər dəfə xərc çəkib kirayəyə ev tutmaqdansa, oteldə qalmaqdansa birdəfəlik əmlak almağa üstünlük verirlər. Yatırımda digər səbəb risklərin bölüşdürüməsi ola bilər. Yəni, insanlar bütün vəsaiti Azərbaycana qoymaqla müəyyən risklə qarşılaşa bilər, buna görə də həmin riski bir növ paylayırlar”, – deyə o, qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər real dəyərdən xeyli yüksəkdir, odur ki, ölkə vətəndaşları yerli bazara investisiya qoymaqdansa, xarici bazara üz tutmağı daha məqsədəuyğun hesab edirlər.

“Son 20 ildə Azərbaycan daşınmaz əmlak bazarında süni, reallığa uyğun gəlməyən qiymətlər formalaşdı, insanların əmlaka əlçatanlığı azaldı. Paralel olaraq Türkiyə və Gürcüstanda daşınmaz əmlak əldə etmək üçün qanunvericilik sadələşdirildi və istər-istəməz azərbaycanlılar bu iki ölkəyə meylləndilər, onlara investisiya qoydular”, – deyə o, qeyd edib.

Bundan başqa, mütəxəssisin sözlərinə görə, Azərbaycanda daşınmaz əmlakın gəlirliliyi qonşu ölkələrlə müqayisədə aşağıdır. Yəni, Türkiyə və Gürcüstanda əmlak alanlar onun pulunu kirayə (icarə) yolu ilə daha tez çıxarır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar