Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan banklarında nə baş verir? – “Bağlanma aktuallaşa bilər”

“Əslində, bank sektoru ilə bağlı təlatümlər artıq 4 ildir ki, davam edir. Bu, 2015-ci ildə başlandı. Əsasən də 2015-ci ilin fevral devalvasiyasından sonra təlatüm və bank sektorundakı problemlər artdı. Bu gün də davam edir”

PİA.az bildirir ki, bu sözləri “Yeni Sabah” açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Beynəlxalq Bankla bağlı borcların tamamını dövlət öz üzərinə götürsə də problemlər hələ də qalır:

“Bura külli miqdarda vəsait xərcləndi, daxildəki 10 milyard manata yaxın passiv aktivləri dövlət öz üzərinə götürdü. Xarici borcunun isə 3,2 milyard dollarını öhdəsinə götürdü. Yəni Beynəlxalq Bankla bağlı dövlət radikal addımlar ataraq bu problemin böyük hissəsini öz çiyninə aldı.

Amma bu günə qədər onun mənbələri bilinmir ki, həmin pullar hara və necə xərclənib? 10 milyard manatlıq borc geri qayıdacaqmı? Bütün bu suallar hələ də açıq qalır.

Bu il Prezident fərmanı ilə problemli kreditlərin həlli ilə bağlı məsələ böyük ölçüdə öz həllini tapdı. Burada da banklara ciddi dəstək oldu. Təqribən 1 milyard manata yaxın passiv kreditlər silindi. Buna baxmayaraq, hələ də bank sektorunda problemlər öz həllini tapmır”.

N.Cəfərli qeyd edib ki, problemlər kreditlərə qoyulan yüksək fazilərlə bağlıdır: “Faizlər çox yüksəkdir. Faizlərin yüksək olması isə bankların həm gəlirliliyinə təsir göstərir, yəni kreditlərə maraq azalır, əsasən də biznes kreditlərinə, həm də növbəti problemli kreditlərin yaranma ehtimalını yüksəldir.

Bu qədər yüksək faizlər, bir neçə ay, ildən sonra , hətta 1-2 ildən sonra növbəti dəfə problemli kredit məsələsini aktuallaşdıracaq.

Çünki belə yüksək faizlərlə vətəndaşların biznes qurması və ya istehlak kreditlərindən istifadə etməsi problemlərin böyüməsinə səbəb olacaq”.

Ekspert əlavə edib ki, bu sektorda sağlamlaşdırma addımları atılsa da, sonradan dayandırıldı: “Bank sektorunda sağlamlaşdırma addımları 2016-cı ildə atılmağa başladı, sonra nədənsə dayandırıldı. 10-a yaxın bank bağlandı və xəbər var idi ki, problemli, kiçik banklar birləşdirilərək aktivləri artırılacaq. Bu onların fəaliyyətində dönüş olacaq. Bu da baş vermədi.

Hələ bankların birləşməsini görmürük. Bu onu deməyə əsas verir ki, kiçik bankların problemi bir müddət sonra yenidən bu məsələni aktuallaşdıracaq.

Bununla onların bazardan çıxma məsələsi artıq reallaşmaq üzrə olacaq. Çünki əgər passivlər aktivlərindən çoxdursa, problemləri artırsa, sadə dillə desək verəcəkləri alacaqlarından çoxdursa, bir müddət sonra problem idarəolunmaz hala gələ bilər. Ona görə düşünürəm ki, yaxın gələcəkdə bank sektorunda növbəti təmizləmə, sağlamlaşdırma əməliyyatı həyata keçirilə bilər. Bəzi bankların ya bağlanması, ya birləşdirilməsi yenidən aktuallaşa bilər”.

N.Cəfərli qeyd edib ki, bankların hesabatlarını düzgün verməməsi qanun də pozuntusudur: “Bankların hesabatlarında vəziyyətlərini gizlətməsi, doğru olmayan hesabat verməsi qanun pozuntusudur. Çünki banklar hesabat verərkən, bu məsələyə daha ciddi yanaşmalıdırlar. Nəzarətçi orqanlar da bu məsələni daha tez-tez gündəmə gətirməlidirlər.

Çünki bankların hesabatlarının doğru olmaması, dolayısıyla müştərilərin aldadılmasına yönələn bir addımdır və qanunla qadağandır.

Hər hansı müştərinin bankla müqavilə bağlamamışdan öncə haqqıdır ki, onunla bağlı ətraflı məlumat əldə etsin. Onun aktivləri və passivləri, perspektivləri, audit hesabatı,ümumi hesabatı ilə tanış olsun. Əgər onlar doğru məlumat vermirlərsə, demək bu istehlakçının aldadılmasına yönəlik bir addımdır.

Hər hansı bankın adını çəkmək istəməzdim. Çünki bu doğru olmaz, anti-reklam kimi qələmə verilib, vətəndaşlar arasında ajiotajı yüksəldə bilər. Amma vətəndaşlar diqqətli olmalı, xəbər axınına diqqətlə yanaşmalıdırlar.

Hansı banklarda problemlərin yüksəlməsi ilə bağlı məlumatlar çoxalırsa, o banklarla münasibətlərinə yenidən baxmağa əsas yaranır.

Yəni ya bankını, ya da müqavilə şərtlərini dəyişmək yolu ilə banklarla münasibətlərinə yenidən baxmalıdırlar”.

Qeyd edək ki, may ayı üzrə bank sektorunun icmal göstəricilərinəəsasən, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar