Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk milliyətçiliyinin və sosializmin məğlubiyyəti - Demokratiya problemi...

İki hoqqabaz siyasətçinin gəmi davasına çevrilən İstanbul sçkiləri Türkiyəyə demokratiya gətirəcək?..

Gaffar Yakınca
“Aydınlık” qəzeti, Türkiyə, 27 iyun 2019-cu il

İstanbul seçkilərində Binəli İldırım məğlub oldu, Əkrəm İmamoğlu isə qalib gəldi. Bu, üzdə görünən nəticədir. Lakin, xüsusilə Türkiyənin içinə sürükləndiyi burulğan nəticəsində bəzi qeyri-adi nəticələr də ortaya çıxıb.

Məhəllə solu “faşizmi” məhv edir

Bizim sol qütbümüzdə hər məsələyə fikir bildirməkdən boğazı qurumuş “yazıçı”lara baxanda görürük ki, “AKP faşizminin ortasında bir dəlik açılıb və bu, demokratiyanın qələbəsidir”. “The New York Times” başda olmaqla, Qərb mediası tərəfindən nəql edilən bu fikir Türkiyənin “islamçı-faşist” bir güclə idarə edilməsi fikrinə əsaslanır və onlara görə də, “balıq başdan iylənir”. Bu cür düşünən insanlar öz fikirlərindən səhv nəticə çıxarırlar. Çünki onların illərdir “faşist” dediyi adamlar nə dərəcədə “vəhşi faşist” ola bilərlər ki, İstanbul seçiciləri tərəfindən “şillələniblər”.

Qərblilərin köhnə dostları olan AKP-yə “faşist” deməsinin səbəbi dövlətin FETO və PKK ilə mübarizə aparmasıdır. Bizim axmaqlar isə əvvəlcə “AKP çox avtoritar olub”, deyərək tanış olduqları bu tezisi zamanla qəbul etdilər. Yəni “İstanbul seçkiləri Türkiyəyə demokratiya gətirəcək”, düşüncəsi Amerika səfsətəsidir.

Türkiyənin 12 sentyabrdan bəri davam edən demokratiya problemi hələ də gündəmdədir və İmamoğlunun küləyi ANAP-lı illərə qayıtmaqdan başqa bir şey vəd etmir.

İslamçı qütbün məğlubiyyəti

İslamçı qütbün də, təbii olaraq, bu nəticələrlə bağlı bir mövqeyi var. Lakin orada daha çox məğlubiyyət havası əsir. Hər kəsin bir-birini günahlandırdığı islamçı cinahda ən çox səsləndirilən fikir isə “biz lap ağ elədik, xalq da cəzamızı verdi” düşüncəsidir. Təbii ki, müəyyən qədər haqlıdırlar, lakin səthi və qeyri-səmimidirlər.

AKP-nin iqtidarda olduğu illər ərzində öz tuluğunu dolduran bu “jurnalist” dostların AKP məğlub olan kimi bir anda “həqiqətləri görməsi” çox maraqlıdır. Bu boş sözləri bir tərəfə qoyub, “islamçılığın böyük məğlubiyyəti”ni müzakirə etmələrini səbrsizliklə gözləyirəm...

Bizim məğlubiyyətimiz

Gələk öz nəticəmizə. Türk milliyətçiləri və türk sosialistləri üçün İstanbul seçkiləri ciddi bir məğlubiyyətdir. Məğlubiyyətimiz 23 iyun gecəsi deyil, artıq ondan əvvəl ortada idi. İstanbuldakı səslərin 99%-ni alan hər iki namizəd bütün proses ərzində PKK-ya söykənməkdən çəkinmədilər. PKK-nın ən böyük qatilləri İmamoğluna dəstək verən videolar yayımlayıblar. İmamoğlu ilə Demirtaş da bir-birlərinə gülüş atmaqdan əl çəkmirdilər. Binəli İldırım isə Kürdüstanla başlayan nitqini sonuncda Apodan məktub gətirməyə qədər uzatmışdı.

Türk miliyətçiləri hər iki cinahda da təkbaşına qalıb, onlardan yüksələn etirazlar izdihamın səs-küyü ilə eşidilməz olub. Milliyətçilik bayrağı daşıdığını iddia edən iki böyük partiyadan biri demirtaşçıların, digəri isə apoçuların arxasından sovrulub gedib. Bu partiyaların rəhbərləri türk milliyətçiliyinin bu qədər yaralanmasında günahkardırlar.

Eyni şey sosializmə də aiddir. İki “böyük” namizəd də liberalizmin talan etdiyi iqtisadiyyatdan başqa bir şey vəd etməyib. İctimailəşdirmə barədə, iqtisadi geriliyin hesabını soruşmaq barədə zərrə qədər danışmayıblar. Sosialist tələblər irəli sürənləri görməzdən gəliblər. Bunun günahkarı da sosialist olduğunu iddia edən, amma əslində PKK-çılıqdan başqa bir iş görməyən, HDP/PKK-nın göstərişi ilə hərəkət edən irili-xırdalı onlarla təşkilatlar və partiyalardır.

Ölkəmizin ən çox ehtiyac duyduğu iki tezis hoqqabazlıq edən iki siyasətçinin gəmi davasına fəda edildi. Baxın bizim məğlubiyyətimiz və itkimiz elə budur.

Lakin milliyyətçiliyin və sosializmin məğlubiyyəti mütləq deyil. Bu məğlubiyyətin içində yeni həll yolları da mövcuddur. Milliyətçiliyimiz özünü idarə edə bilməyənlərlə hesablaşacaq və güclənəcək. Çünki türkün olduğu hər yerdə türk milliyətçiliyi də var. Sosializm üzərindəki yükləri atacaq və layiq olduğu etibara qovuşacaq. Çünki insanın olduğu yerdə sosializmə hər zaman ehtiyac var.

Tərcümə PİA.az-ındır.

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar