Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşib"

Xarici İşlər naziri Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Baş direktoru Mixael Şpindeleqqer ilə görüşüb

Nazirlikdən verilən məlumata görə, görüş zamanı "Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək" (MOBILAZE) layihəsi çərçivəsində Bakıda keçirilən "Yerdəyişmə üzrə Tərəfdaşlıq" mövzusunda illik beynəlxalq konfrans zamanı faydalı müzakirələrin aparıldığı qeyd edilib.

Miqrasiya məsələsinin hazırda beynəlxalq gündəlikdə, o cümlədən Aİ üçün önəm kəsb edən ən vacib məsələlərlədən biri olduğu ifadə edilib.

Tərəflər Azərbaycanın Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyini bildirərək, MOBILAZE layihəsinin Aİ-Azərbaycan arasında əməkdaşlığın mühüm ölçüsü olan yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləməkdə rolunu yüksək qiymətləndiriblər. Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya sazişlərin bu ölçüyə xidmət etdiyini söyləyərək sözügedən sazişlərin icrasında Azərbaycanın sadiqliyini xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir E.Məmmədyarov münaqişə nəticəsində ölkəmizin geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşdiyini bildirib. Nazir Azərbaycanın müvafiq qurumlarının səyi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xüsusilə qeyd edib. Eyni zamanda E.Məmmədyarov həmsöhbətini münaqişənin həllinin üzrə aparılan danışıqlar prosesinin son durumu ilə bağlı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar