Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün növbəti addımlar atılmalıdır”

““Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik nəticəsində Ali Məhkəmə sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin vəzifə maaşına uyğunlaşdırılır”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.

Ə. Hüseynli dedi ki, hakimlərin maddi təminatı daha da yaxşılaşdırılaraq, onlara məzuniyyətə çıxdıqları vaxt məzuniyyət haqqı, 2 aylıq əməkhaqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur: “Bu qanun layihəsi Prezidentin müvafiq fərmanının icrasından irəli gəlir”.

Deputat Qüdrət Həsənquliyev isə hüquq-mühafizə orqanları əməkdaşlarının əməkhaqlarının artırıldığını, prokurorluq orqanlarının əməkdaşlarının da maaşlarının artırılmasının vacib olduğunu bildirdi: “Son vaxtlar əhalinin müəyyən kateqoriyadan olan hissəsinin maaşlarının və pensiyalarının artırılması barədə Azərbaycan Respublikası prezidentinin sərəncamı əhali arasında çox böyük sevinclə qaşılanır. Siyasi demaqogiya ilə məşğul olan bəzi destruktiv elementlərin bundan sonra “inflyasiya olacaq”, “devalvasiya olacaq” kimi bəyanatlarına, düşünürəm ki, əhəmiyyət verilməməlidir. Onlar dünənə kimi maaşların, pensiyaların az olmasından gileylənirdilər”.

Q.Həsənqulieyv əlavə etdi ki, hökumət bundan sonra digər addımları da atmalıdır: “Hesab edirəm ki, hökumət əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə növbəti addımlar da atmalıdır, gələn ilin büdcəsində həm uşaqpullarının verilməsi üçün vəsait nəzərdə tutulmalı, həm də prokurorluq orqanlarının əməkdaşlarının da əmək haqqı artırılmalıdır. Prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı effektiv mübarizənin təmin olunmasında xüsusi rol oynayır. Biz bilirik ki, ədliyyə sisteminə daxil olan dövlət hakimiyyət orqanlarının əməkdaşlarının demək olar ki, hamısının əmək haqqı artırıldı, prokurorluq orqanlarının əməkdaşları istisna olmaq şərtilə.

Mən hər zaman demişəm ki, korrupsiyaya qarşı efektli mübarizə aparmaq üçün ilk növbədə dövlət hakimiyyət orqanlarının təmsilçilərinə onların maddi təminatını təmin edəcək qədər əmək haqqı verilməlidir. Yəni proses bununla başlamalıdır.

Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanında da qeyd olunur ki, ölkədə hüquqi islahatlar dərinləşdirilməlidir. Hüquqi islahatların dərinləşdirilməsi istiqamətində işlər təkcə əmək haqqının artıılması ilə bitməməlidir. Biz çalışmalıyıq ki, ölkədə hüquqi mədəniyyətin yüksəlməsi üçün maarifçilik işi ilə məşğul olaq”.

Q.Həsənquliyev ardınca televiziyaların hüquqi maarifləndirmə işləri ilə bağlı Qərb ölkələrinin təcrübəsindən yararlanmağı zəruri saydı: “Qərb ölkələri hüquqi maarifləndirmə ilə bağlı seriyallar çəkirlər. İnsanlar həm o seriyallara baxıb əylənirlər, həm də hüquqi biliklərə yiyələnirlər”.

Deputat dedi ki, bənzər filmləri çəkmək imkanı olmasa da, həmin filmləri dilimizə tərcümə edib yayınlamaq mümkündür.(Musavat.com)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar