Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şirvan Meyvəçilik Mərkəzinin işçilərinin pulları mənimsənilib? – Şikayət

Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin əməkdaşları rəhbərliyin onların əmək hüquqlarını pozmasından şikayətçidirlər

Bununla bağlı “AzPolitika.info”ya göndərdikləri şikayət ərizəsində bildirirlər: “Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim əmək hüquqlarımızı pozub. Əməklərimizi istismar edib, bizə düşəcək müavinətləri mənimsəyib. İş stajlarımızı saxtalaşdırmaqla cinayət törədib”.

Şikayət ərizəsini imzalayan vətəndaşlar bildirirlər ki, Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinə işə 2011-ci il tarixdə qəbul ediliblər: “Həmin idarənin fəaliyyəti “Jalə” şirələri istehsal edən məssisəni meyvə ilə təchiz etmək olub. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi savadsızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bizi işə götürən zaman heç bir əmək müqaviləsi bağlamayıb. Yəni, sənədləşdirmə aparmadan bizi işlədib. Bunu isə vergidən və digər ödənişlərdən azad olmaq üçün edib. Bununla dövlətə və bizə küllü miqdarda ziyan vurmuşdur. Bizimlə əmək müqaviləsini yalnız 2017-ci ilin may ayında bağlamışdır. 2018-ci ilin dekabr ayı tarixində əmək müqaviləsinə xitam verilmişdi. Biz 2011-ci il tarixdən 2018-ci ilin dekabr ayı tarixinə kimi məzuniyyətə çıxamamışıq, bu hüququmuzdan istifadə etməmişik. Buna görə bizə məzuniyyət əvəzi pul kompensasiyası ödənilməlidir. Buna görə biz Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət etsək də, heç bir tədbir görülməmişdir. Bununla da bizim Azərbaycan Respublikası Konstitusiyası, qanunlarla təsbit olunmuş hüquqlarımız məqsədli şəklidə pozulmuşdur. Burada məqsəd ancaq bizim pulumuzu mənimsəmək, əməyimizi istismar edib küllü miqdarda qazanc əldə etmək olmuşdur”.

Şikayətçilər daha sonra bildirir ki, Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır: “Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.

Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır.

Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim bu hüquqlarımızı qəsdən pozmuşdur. Biz hər birimiz ailə başçısıyıq, himayəmizdə azyaşlı , qoca və xəstə ailə üzvülərimiz var. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinin bu qanunsuz əməlləri araşdırılmalı və barələrində ciddi tədbirlər görülməlidir”.

Sonda şikayətçilər ölkə rəhbərliyindən kömək istəyirlər: ” Bizə qrşı edilən bu qanunsuz əməllər barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və Dövlət Əmək Müfətişliyi Xidmətinin rəisi cənab Elman Cəfərova şikayət ərizəsi ilə müraciət etmişik.Bu şikayət ərizəsini imzalayan şəxslər mətbuat vasitəsi ilə də xahiş edirik obyektiv araşdırma aparıb işlədiyimiz müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsinə və iş stajımızın qeydə alınmasına köməklik göstərəsiniz və ciddi qanun pozuntusuna yol vermiş Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görəsiniz”.

Qeyd edək ki, şikayəti Şirvan Meyvəçilik Mərkəzinin aşağıdakı işçiləri imzalayıb:

İsmayılov Bəhruz Əli oğlu, Göyçay rayonu Alpout kəndi;
2.Əliyev Valeh Ağabala oğlu Göyçay rayonu Alpout kəndi;
3.Bəbirov Bəşir Cabbar oğlu Göyçay rayonu Kürdşaban kəndi;
4.Fətullayev Rizavan İbrahim oğlu Ağsu rayonu Rəhimli kəndi;
5.Əhmədov Əflatun Rəcəddin oğlu Göyçay rayonu Qarabağlar kəndi;
6.İslamov Azər Mövlan oğlu Göyçay rayonu Qızılağac kəndi;
7.Cəbrayılov Zaur Rauf oğlu Göyçay rayonunda məskunlaşmış məcburi köçkün;
8.Əhmədov Təbriz Əflatun oğlu Göyçay rayonu Qarabağlar oğlu .

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Azər Qəriboğlu: "Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?"

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Rəfiqələrin yeni təhsil nazirinə sabotajı: Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə necə gəldi

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

Elnarə Xəlilovadan ittiham: "Həkimlər neçə xəstəni baxımsızlıqdan öldürüblər"

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

loading...

Ən çox oxunanalar