Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Tramp dollarla bağlı qərar verəcək: Devalvasiya...

ABŞ Prezidenti Donald Tramp yaxın zamanda dolların devalvasiyası ilə bağlı qərar verəcək

PİA.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük maliyyə qurumlarından olan “Bank of America” (BofA) məlumat yayıb.

Bankın analitikləri Xəzinə Nazirliyindən təlimat gələn kimi Nyu York Mərkəzi Bankının dolları sataraq, başqa valyutalar almağa başlayacağını və nəticədə dolların ucuzlaşacağını açıqlayıblar.

ABŞ iqtisadiyyatı ötən il 2,9 faiz inkişaf edib, lakin ilin sonuna doğru ciddi şəkildə durğunluq yaranıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, qarşıdakı iki ildə ABŞ-ın ümum daxili məhsulu azalacaq.

Tramp hesab edir ki, dollar ucuzlaşacaqsa, bu xarici ölkələrin ABŞ məhsullarını almasını təşviq edəcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar