Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə səfirliyi Bakını işğaldan azad edən türk əsgərlərinin məzarları ilə bağlı araşdırma aparır

Türkiyənin Gürcüstandakı səfirliyi Marneuli rayonunun Qızılhacılı kənd qəbiristanlığında 1918-ci ildə Bakının işğaldan azad olunmasında iştirak etmiş türk əsgərlərinin məzarları ilə bağlı araşdırmalar aparır

PİA.az bildirir ki, bu barədə “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Gürcüstandakı hərbi attaşesi, polkovnik Bülent Akdeniz bildirib.

Onun sözlərinə görə, 8 türk əsgərinin uyuduğu ehtimal olunan məzarlıqla bağlı Türkiyənin aidiyyəti qurumları ilə yazışmalar aparılır: “Həmin əsgərlərlə bağlı daha geniş məlumat əldə etmək məqsədilə işlər davam etdirilir. Türkiyənin hərbi və milli arxivləri vasitəsilə həmin əsgərlərin kimliyini müəyyən etməyə çalışırıq”.

Qeyd edək ki, bu ilin mayın 18-də Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Qızılhacılı qəbiristanlığında türk əsgərlərinin məzarlarının olduğu yerlə tanış olub. Səfir məzarlığın abadlaşdırılaraq xatirə lövhəsinin qoyulacağını bildirib. Qızılhacılı kənd ağsaqqallarının bildirdiyinə görə, türk əsgərləri Bakının işğaldan azad olunmasından sonra Türkiyəyə qayıdarkən xəstəliyə yoluxaraq vəfat ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar