Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Erməni əsirliyində qalan Qarabağ qazisinin evi başına uçur - Fotolar

Beyləqan rayonunun Xacnabad qəsəbəsində yaşayan ikinci qrup Qarabağ əlili Ələddin İsmayılovun fərdi yaşayış evi qəzalı vəziyyətdədir

Uzun illərdir ki tikilən ata yurdu uçub dağılır. Hər an uçmaq təhlükəsi olan evdə Qarabağ əlinin 5 nəfərdən ibarət ailəsi qalır.

Birmərtəbəli evin hasarlarında iri çatlar əmələ gəlib. İsmayılovlar ailəsi yaranmış təhlükəli vəziyyətlə bağlı dəfələrlə aidiyyəti dövlət orqanlarına məlumat versələr də, heç bir nəticə olmayıb. Maddi sıxıntı içində yaşayan ailə üçün yeni yaşayış evi tikilməlidir. Gecəni səhərə qədər qorxu içində yaşayan ailə evlərinin başlarına uçacağından qorxur. Evin nə döşəməsi, nə də tavanı var.

Məsələylə bağlı rayon icra hakimiyyətindən bildirilib ki, yaranmış vəziyyətdən xəbərdardırlar.

İkinci qrup Qarabağ əlili icra hakimiyyətində mənzil növbəsinə alınıb. Siyahıya uyğun olaraq 114-cü şəxsdir. Siyahıya alınan şəxslər mərhələli şəkildə növbəlilik prinsipi ilə fərdi yaşayış evləri ilə təmin ediləcəkdir.

Ancaq ailə deyilənlərlə razılaşmır. Qarabağ əlinin həyat yoldaşı bildirir ki, icra hakimiyyəti 5 ildən artıqdır ki, eyni sözü deyir. Son dərəcə təhlükəli vəziyyətdə olan evin hər an uçmaq təhlükəsi var. İsmayılovlar ailəsi Dövlət orqanlarınının məsələyə qayğı ilə yanaşmasını istəyir.

Qeyd edək ki, Ə. İsmayılov Qarabağ döyüşlərində iştirak edərək sağlamlığını itirib. Müharibə zamanı iki ildən artıq erməni əsirliyində olub. (BakuPost)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar