Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Abbasov bu dəqiqələrdə Bakıya enib - Video

Xəbər verdiyimiz kimi, jurnalist Fuad Abbasov azadlığa çıxarılıb və Rusiyanı tərk edərək, Moskva saatı ilə 19:40-da uçan AZAL hava yollarının təyyarəsi ilə Bakiya yola salınıb. Onun təyyarəsinin 22.10-da paytaxta enəcəyi gözlənilirdi

Musavat.com jurnalistin ailəsinə istinadən xəbər verir ki, hazırda ailəsi onu qarşılamaq üçün aeroporta gedir. F.Abbasov təyyarəyə minən kimi onun Bakıya göndərilməsi barədə xəbəri ailəsi facebook üzərindən yayıb. Hər hansı məhkəmə proseduru gözlənilmirdi.

Xatırladaq ki, jurnalistin Bakıya enəcəyi vaxtla bağlı cəmiyyətdə çaşqınlıq yaradılıb. Məqsəd jurnalisti qarşılayan insanların sayının çox olmasının qarşısını almaq olub. Hətta musavat.com reportyorları da hadisə yerinə getdikləri halda saatla bağlı yanlış informasiya yayıldığı üçün geri qayıdıblar.

Ailəsi eyni zamanda bildirib ki, dünən, 24.06.2019 tarixində axşam iş saatının sonunda Moskva şəhər daxili işlər nazirliyi idarəsinin istintaqçı əməkdaşları F.Abbasov saxlanılan yerə gələrək jurnalistin sorğusunu keçiriblər. Sorğu jurnalist fəaliyyəti ilə əlaqədar çəkilmiş bir video material ilə bağlı istintaq çərçivəsində aparılıb.

pia.az


Etiket: Fuad Abbasov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar