Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

12 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 24-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 350 çətənə kolu aşkarlanaraq dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini S.Məmmədovdan 1,5 kiloqramdan artıq heroin və elektron tərəzi, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Nurullayevdən 2 kiloqrama yaxın marixuana götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənov 5,3 kiloqram tiryəki satarkən cinayət başında yaxalanıb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Saatlı rayon sakini A.Qarayevin Şərq qəsəbəsində kultivasiya yolu ilə yetişdirdiyi 300 ədəd çətənə kolu, habelə həmin yerdə saxladığı 2,9 kiloqram marixuana aşkar edilərək götürülüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Viyən kənd sakini M.Kazımova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 11 çətənə kolu aşkarlanıb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov və Bakı şəhər sakini olan qohumu, əvvəllər məhkum olunmuş T.Nağıyev tərəfindən Qıraqlı kəndində kultivasiya yolu ilə yetişdirilmiş 39 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: narkotik

Şərh yazın.

loading...

Ən çox oxunanalar